Gənc Yazar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Gənc Yazar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

20.03.2016

Şeytanın Sənət Əsəri (V Hissə)

     
Shade Nagizade
       İnsan bəzən nə etmək lazım olduğunu bilmir.Dayanmış saat əqrəbi kimi olduğu yerdə donub qalır.
        Mən necə də axmağam, sadəcə ani təbəssümə, qəribə görünüşə aldanan bir axmaq...Bu adam məni barmağına dolayıb, hələ üstəlik buna şəxsən mən özüm- Tonika Qarayeva izn vermişəm.Bu halda yalnız bir çıxış yolu qalır.O da, buradan birdəfəlik getmək və Azad haqqında olan kəllə-mayallaq əhvalatı hər detalına kimi yaddan çıxartmaqdır.Yeri gəlmişkən kim bilir bəlkə heç adı da Azad deyildir.Əli, Rauf, Əsəd, Malik ya da çox güman ki, Vüsal ola bilər.Eh bu fikirlər, kifayət qədər sarsaqladım.Yaxşısı qaranlıqda üzü üstə yerə çırpılıb olduğumdan da axmaq görünmədən tələsik buradan qaçım.
          Ağlımda bu düşüncələrlə qapıya doğru addımladım.Ətrafda həzin sakitlik hökm sürürdü, duman çəkilib getmiş haradasa yaxın küçələrin birində gizlənmişdi.

12.03.2016

Xəzinələri Xarabalıqlarda Axtarın ( lV Hissə )

     
Shade Nagizade
Arxadan bir səs ucaldı: Dayan..
       Sanki o an Haydın susdu, Bethovenin 5-ci sinfoniyası öz əzəmətli ruhu ilə bu xarabazara çevrilmiş morqun-ölülər xəstəxanasının bütün otaqlarına yayılmağa başladı.Beşinci sinfoniya- həyəcanın musiqisi, qaçışın, həbs olunmanın, cəsarətin və mübarizənin musiqisi...
       Bir anlıq özümü sərhəddən narkotik maddə keçirməyə çalışarkən gömrük nəzarətçisi tərəfindən saxlanılmış narkoman kimi hiss etdim.Ancaq bir az cəsarətimi toplayıb arxaya çevrilməyi bacardım.
       O an musiqi susdu, lakin hələ də xəyalım pianonun dilləri üzərində süzülür, ruhuma qarışan bu möhtəşəm ifanın təkrarolunmaz notları ardı-arası kəsilmədən ifa olunurdu.
      Dəhlizin o biri başında peyda olan bu qara kölgə yavaş addımlarla mənə tərəf yaxınlaşdı.Həyəcandan az qala dilim tutulacaqdı.

1.03.2016

Romanın ən məşhur 5 muzeyi

Mədəniyyətin beşiyi sayılan Romaya səyahət haqqında düşünürsünüzsə bu yazım məhs sizin üçündür.
     Qədim tarixi olan bu şəhər "Opera" musiqisi və möhtəşəm memarlıq nümunələri ilə məşhur olmaqla yanaşı, zövq oxşayan muzeyləri ilə də dünyaya səs salmaqdadır. Əgər Romaya istirahət üçün getmisinizsə və şəhəri gəzmək niyyətindəsinizsə az sonra haqqında yazacağım muzeylərdə olmamaq necə deyərlər günah olar.
1. Capitoline Muzeyi (Musei Capitoline)
Romanın ən dəyərli tarixi muzeyi hesab olunan Capitoline muzeyində olmamısınızasa Romanı görmüş hesab olunmazsınız.İyaliya tarixində baş vermiş ən mühim tarixi hadisələri əks etdirən bu muzey 3 binadan ibarətdir. 1536-cı ildə inşasına başlanılan muzey Vatikanın dəstəyi ilə ərsəyə gəlmiş və Roma papasının nəzarətinə götürülmüşdür. Muzeyin əsas hissəsini təşkil edən 1471-ci ilə aid tünd rəngli heykəllər Capitoline-nin əsas xəzinəsi hesab olunur.




















2. Barberini sarayı (Palazzo Barberini) 
Barberini Sarayı 235-ci Roma Papası Maffeo Barberi tərəfindən 1625-ci ildə satın alınmışdır.

27.02.2016

Qadın Müdrikləşirdi

    Qadın müdrikləşirdi.Sanki ruhuna oxunurdu bilinməz dualar.Bir kilsə şamı kimi yanıb uzaqlaşır, adsız yüksəkliklərə ucalırdı.Qadın aram-aram qeyb olurdu xatirələrdən, fotoşəkil albomlarından, ilahi ifaların sözlərindən....Ona yazılan şeirlər sankı vərəq parçalarında süzülüb düşür, bütün ona həsr olunmuş bəstələr əbədiyyətə qovuşurdu.Qara geyimli adamların əllərindən dağılırdı bir şüşə qırmızı şərab.Qadın süzülürdü badələrə göz yaşı olub...İlk dəfə və son dəfə baxırdı sevdiklərinə hüzn və istirab hissi ilə.Heyranı olduğu, bir zamanlar dəlicə arzularla, çılğın mahnılarla keçdiyi bu küçələrdən indi matəm marşı, öz sevimli ifası ilə keçirdi.

22.02.2016

Şərab Qırmızı (l Hissə)


Ciddi hekayələr hər zaman kiçik bənzərliklərlə başlayır. Günəşi torpağın altında təsəvvür edin, onun məzarını necə soyuqqanlılıqla ziyarət edə bildiyinizə heyrətlənməmək mümkün deyil.Qaranlıq qırmızıdır, lakin qırmızı hər zaman iki idi.Qan qırmızı və Şərab qırmızı.Qan qırmızı təqib edər, Şərab qırmızı təqib olunar.Qan qırmızı sərtliyi sevər, Şərab qırmızı sehri.Qan qırmızı savaşar, Şərab qırmızı qalib gələr.
      Mənim adım Tonikadır, Tonika Qarayeva.
Hər kəsin hekayəsi yolda, məktəbdə, bir doğum evində ya da sadə dizayn olunmuş bir kafedə başlayır.Mənim hekayəmsə mənim olmayan hekayələri gəzmək səbəbindən hər zaman təxirə salınmışdır.
      Mən adım Tonikadır, pianist olmaq arzusunun arxasınca getmədiyi üçün peşman olmuş və özünə olan inamını sarsıdacağından qorxuduğunu etiraf edərək qızlıq soyadını əsla dəyişdirməyən Afət Quliyeva və fotoqraf Rəşid Qarayevin qızıyam.

21.02.2016

Mənim Dəfnim Barədə

     
Yağış yağıb torpağın ətrinin bütün orginallığı ilə burnunuza təzyiq göstərdiyi gündə ölmək istəyirəm.Lakin günəşli , buludların zarafat edirmiş kimi fəzada düzüldüyü, küləyin xəfif, fəqət ritmik dalğalarla üzünüzə vurduğu, şıltaq bir gündə dəfn edin məni…    
       Öldüyüm günlə dəfnim arasından bir gündən artıq fərq qoymayın. Ki, yaraşmaz  bu cümlələri  “ki”  ilə başlayıb "amma” ilə bitən romanların müəllifinə.
 İmkan verin fəlsəfəm qeyri-sabit, qeyri-monoton olsun. Kirli barmaqlarınızı uzatmayın tanrının təkrarolunmaz əsərinə-cəsədimə !
       Formaldehid tökməyin üzərimə .Bu qoxuya bütün varlığımla nifrət edərkən, incitməyin cismimdə bəlkə hələ də yaşamaqda olan son hücerələri…

19.02.2016

Caz musiqisi haqqında

Jazz (Caz) musiqisi ilk dəfə 1900-cü ildə zəncilər tərəfindən yaradılmış və ABŞ-ın cənub əyalərində inkişaf etməyə başlamışdır."Caz" sözünü ilk dəfə Nyu Orelan şəhərində bir qara dərili istifadə etmiş və daha sonra bu musiqi növü müxtəlif mənşəli musiqilərlə sintez olunaraq daha da təkinləşdirilmişdir.Qısa müddət ərzində ağ dərililərin də diqqətini çəkməyə bacaran "Caz" artıq estrada musiqiləri ilə yanaşı səsləndirilirdi.

15.02.2016

Shade Nagizade


Shade Nagizade
 Xoş gördük, dəyərli oxucu...Mən Shade Nagizade.Gördüyünüz bu sərsəri blogun araşdırmaçısı və yazarıyam. Beynimdə hər zaman müxtəlif idealar cərəyan etdiyi doğrudur.Onların bir çoxu seminar və müzakirələr zamanı fikirlərim arasında peyda olmağa başlayıb.
Öyrənərkən deyil, öyrədərkən daha çox inkişaf etdiyimi kəşf etdiyim gündən bəri təlim və dəyirmi masalar təşkil edib bildiklərimi insanlarla bölüşməyə başladım.Kənd-kənd, şəhər-şəhər gəzib yüzlərlə fərqli xarakterli insan tanıdım...Və bu səyahətlər mənə önəmli bir şey öyrətdi." İnsan bütün qəlbi ilə istəsə hər şeyi bacarar."
Blog yazmağa ilk dəfə 2010-cu ildə çox qəribə bir təsadüf nəticəsində başlamışam. Belə ki, yeni tanımağa başladığım bir QHT-rəhbəri mənə blog təlimində iştirak etməsəm bir daha QHT-nin xidmətlərindən istifadə edə bilməyəcəyimi söylədi.O zamanlar "blog"-un nə olduğunu belə bilmirdim.
Məcbur qalıb qatıldığım bu tədbir mənə sonralar insanlarla bölüşə biləcəyim onlarla məlumat verdi.Bir müddət sonra bilidiklərimi təkminləşdirərək bir-neçə blog açdım.Lakin hər birini müxləlif səbəblərdən bağlamalı yaxud fəaliyyətini dayandırmalı oldum.
...Və budur sizə RadioYazar olaraq geri qayıtdım.Blog adını belə seçməyimin səbəbi hekayə yazmağa başladığım ilk günlərdə radiodan ilhamlanmağımdır.O günlərin ən xoş xatirəsinə xitabən, blogumu təkminləşdirib zövq oxşamağı özümə borc bilirəm.
Dəyərli vaxtınızı blog yazılarıma ayırdığınız üçün təşəkkür edirəm.

Sevgilərlə: Shade Nagizade

PS: Əlaqə üçün aşağıdakı yazılara klikləyərək, bu vasitələrdən birindən istifdə edə bilərsiniz:

Shade Nagizade- Facebook

Shade Nagizade- Twitter

Əyər bu sosial şəbəkələrdən istifadə etmirsinizsə e-mail vasitəsiylə öz rəy və təkliflərinizi yazsanız ziyadəsiylə şad olaram.
shade.nagizade@gmail.com

Related Posts Plugin for WordPress, Blogger...