1.03.2016

Romanın ən məşhur 5 muzeyi

Mədəniyyətin beşiyi sayılan Romaya səyahət haqqında düşünürsünüzsə bu yazım məhs sizin üçündür.
     Qədim tarixi olan bu şəhər "Opera" musiqisi və möhtəşəm memarlıq nümunələri ilə məşhur olmaqla yanaşı, zövq oxşayan muzeyləri ilə də dünyaya səs salmaqdadır. Əgər Romaya istirahət üçün getmisinizsə və şəhəri gəzmək niyyətindəsinizsə az sonra haqqında yazacağım muzeylərdə olmamaq necə deyərlər günah olar.
1. Capitoline Muzeyi (Musei Capitoline)
Romanın ən dəyərli tarixi muzeyi hesab olunan Capitoline muzeyində olmamısınızasa Romanı görmüş hesab olunmazsınız.İyaliya tarixində baş vermiş ən mühim tarixi hadisələri əks etdirən bu muzey 3 binadan ibarətdir. 1536-cı ildə inşasına başlanılan muzey Vatikanın dəstəyi ilə ərsəyə gəlmiş və Roma papasının nəzarətinə götürülmüşdür. Muzeyin əsas hissəsini təşkil edən 1471-ci ilə aid tünd rəngli heykəllər Capitoline-nin əsas xəzinəsi hesab olunur.




















2. Barberini sarayı (Palazzo Barberini) 
Barberini Sarayı 235-ci Roma Papası Maffeo Barberi tərəfindən 1625-ci ildə satın alınmışdır.
1545-ci ildə tikintisinə başlanan bu məşhur sarayı ödəniş etmədən gəzə və memar Carlonun möhtəşəm əl işləri ilə tanış ola bilərsiniz.Sarayı gəzərkən arı fiqurları diqqətinizi çəkəcəkdir.Bunun səbəbi Barberinin ailə simvolunun sırf 3 arıdan ibarət olmasıdır.
Barberini sarayının tərkibində "Qədim Milli İncəsənət Qalereyası" (Galleria Nazionale d'Arte Antica) yerləşir ki, bu da dünyanın diqqət mərkəzində olan rəsm əsəri ilə məşhurdur.Tavana həkk olunmuş bu möhtəşəm rəssamlıq nümunəsini izləməkdən doymayacaqsınız.






















3. Milli Modern İncəsənət Qaleriyası (Galleria Nazionale d'Arte Moderna)

1883-cü ildə açılmış bu qaleriya tam olaraq 75 otaqdan ibarətdir və hər otaqda onlarla möhtəşəm sənət əsəri sərgilənməkdədir.Modern incəsənət qaleriyasında ağla gələn ən məşhur rəssamların bu günə qədər heç yerdə görmədiyiniz mükəmməl və qeyri-adi əl işləri ilə qarşılaşacaqsınız.Modern üslubda çəkilmiş bir çox rəsm əsəri də sırf bu muzeydə yer almaqdadır.

















4. "Macro" Müasir Roma İncəsənət Muzeyi (Macro Museo d'Arte Contemporary Roma) 

Bu muzey müasir incəsənətlə maraqlanan hər bir insan üçün əvəzolunmaz guşələrdən biridir.Orada qarşılaşacağınız hər şey mürəkkəb olduğu qədər sadə, sadə olduğu qədər mürəkkəbdir.Gəzdikcə əylənəcəyiniz bir çox sənət əsəri ilə qarşılaşacaqsınız.1883-cü ilin ideası olmağına baxmayaraq 2010-cu ildə inşa olunmuş Macro Müasir Roma İncəsənət Muzeyinin qonaqlar üçün nəzərdə tutulan, özünə məxsus lüks restoranı və rahat kafesi də mövcuddur. Bazar ertəsi xaricində həftənin digər günləri saat 11:00-dan 19:00-a qədər fəaliyyət göstərir.














5. Borghese Qaleriyası (Galleria Borghese) 

Dünyada bu muzeyin heç bir bənzəri yoxdur.Bilet hər zaman 1 gün öncədən alınmalıdır, yaxud online sifariş olunmalıdır.Bu qaleriyada Romadakı ən möhtəşəm heykəl və çeşmələrin sahibi Berninin olduqca maraqlı və əsrərəngiz şəkillərini, sənət əsərlərini görə bilərsiniz.Borghese muzeyinə ilk girdiyiniz an Berninin 1621-ci ildə yaratdığı "Rape of Proserpine" adlı heykəlini görəcəksiniz.Bu muzeydə hər insan  
yalnız 2 saat vaxt keçirə bilər.Giriş bileti 11 Avrodur...



Hiç yorum yok:

Yorum Gönder

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...