Dünya Turu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Dünya Turu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1.03.2016

Romanın ən məşhur 5 muzeyi

Mədəniyyətin beşiyi sayılan Romaya səyahət haqqında düşünürsünüzsə bu yazım məhs sizin üçündür.
     Qədim tarixi olan bu şəhər "Opera" musiqisi və möhtəşəm memarlıq nümunələri ilə məşhur olmaqla yanaşı, zövq oxşayan muzeyləri ilə də dünyaya səs salmaqdadır. Əgər Romaya istirahət üçün getmisinizsə və şəhəri gəzmək niyyətindəsinizsə az sonra haqqında yazacağım muzeylərdə olmamaq necə deyərlər günah olar.
1. Capitoline Muzeyi (Musei Capitoline)
Romanın ən dəyərli tarixi muzeyi hesab olunan Capitoline muzeyində olmamısınızasa Romanı görmüş hesab olunmazsınız.İyaliya tarixində baş vermiş ən mühim tarixi hadisələri əks etdirən bu muzey 3 binadan ibarətdir. 1536-cı ildə inşasına başlanılan muzey Vatikanın dəstəyi ilə ərsəyə gəlmiş və Roma papasının nəzarətinə götürülmüşdür. Muzeyin əsas hissəsini təşkil edən 1471-ci ilə aid tünd rəngli heykəllər Capitoline-nin əsas xəzinəsi hesab olunur.




















2. Barberini sarayı (Palazzo Barberini) 
Barberini Sarayı 235-ci Roma Papası Maffeo Barberi tərəfindən 1625-ci ildə satın alınmışdır.

18.02.2016

Parisin 5 Möhtəşəm Muzeyi

Sevgi şəhəri kimi tanınan Paris Eyfel qülləsi və ətirləri ilə məşhur olduğu qədər muzeyləri ilə də dünyaya səs salmışdır.Əgər nə vaxtsa Parisə səyahət etmək fikriniz varsa bu yazı məhs sizin üçündür.Ümid edirəm ki, haqqımda yazdığım muzeyləri gəzməmiş qayıtmazsınız.

1. Orsay Muzeyi ( Mussee d'Orsay)

Olduqca gözəl memarlıq nümunəsi hesab olunan Orsay muzeyi köhnə qatar stansiyası olan olan  "Gare Orsay"-da yer almaqdadır.Muzeydə 1848-1914-cü illərdə Fransada yaradılmış incəsənət nümunələri yer almaqdadır.Dünyada ən çox izlənilən postmodernizm üslublu əsərlər sırf bu muzeydə sərgilənir.Orsay məşhur rəssamların şahəsərləri ilə dizayn olunmuşdur.

2.Rodin Muzeyi (Musse Rodin)

Məşhur fransız rəssam Auquste Rodin bütün kolleksiyasını 1908-ci ildə dövlətə bağışladı.Lakin onun 1 şərti vardı.Rəsm əsərləri 
Related Posts Plugin for WordPress, Blogger...