yazı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
yazı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

22.02.2016

Ən çox sevilən 5 Cemal Safi şeiri

Köz Gönder Bana 

Bu gece rüyama efkarlı girdin.
Ne derdin var ise yaz, gönder bana.
Cemalin gülerken bir resim çektir,
Kederden arınmış yüz gönder bana.

Yüreğim yanarken aşk ateşinden,
Üşüdüm hasretin kara kışından.
O fecir yüzünün nur güneşinden,
Bir parça ilkbahar, yaz gönder bana.

Saçını saklama seher yelinden.
Kokunu getirsin gurbet elinden.
Duygunu gizleme şirin dilinden.
Aşkını anlatan söz gönder bana.

21.02.2016

Mənim Dəfnim Barədə

     
Yağış yağıb torpağın ətrinin bütün orginallığı ilə burnunuza təzyiq göstərdiyi gündə ölmək istəyirəm.Lakin günəşli , buludların zarafat edirmiş kimi fəzada düzüldüyü, küləyin xəfif, fəqət ritmik dalğalarla üzünüzə vurduğu, şıltaq bir gündə dəfn edin məni…    
       Öldüyüm günlə dəfnim arasından bir gündən artıq fərq qoymayın. Ki, yaraşmaz  bu cümlələri  “ki”  ilə başlayıb "amma” ilə bitən romanların müəllifinə.
 İmkan verin fəlsəfəm qeyri-sabit, qeyri-monoton olsun. Kirli barmaqlarınızı uzatmayın tanrının təkrarolunmaz əsərinə-cəsədimə !
       Formaldehid tökməyin üzərimə .Bu qoxuya bütün varlığımla nifrət edərkən, incitməyin cismimdə bəlkə hələ də yaşamaqda olan son hücerələri…

20.02.2016

Şanssız Özünükəşf

Bəlkə də ən böyük günahım digərləri kimi olmamağım idi.Mən hadisələri daha dərindən yaşayırdım, roman personajlarını kitabın səhifələrindən dünyaya çağırıb onlarla rəqs edirdim.Ulduzlardan çələng toxumağı bacarırdım və gecələr dənizin üzərindən uçarkən sağ əlimlə dalğalara toxunmağı...
Aliluliya-alilluliya...Bu necə də məharətli bir nəğmə.Dağılmış kilsənin qalıqları arasından İsanın nuru ilə aydınlanan da mən idim, su damlalarının axdığı təravətli şüşələrin ardından yapon qızın ətrini duyan da.Mən idim pent-ka dinləyən, meşədə və tanımadığım qəribə bir şəhərdə azan...Küçələri milyonlarla xatirəmlə boyamış adam.
Odur ki, indi ən adi bir yağmurun yağması ilə hönkür-hönkür ağlaya bilər, qurduğum dünyaların içində öz ruhumu boğa bilər, öz ulduzsuz səmamda yerin dibinə bata bilərdim.Və batdım da...Öz dünyalarımı qurdum da dağıltdım da...

19.02.2016

Radiodan Çıxan Adamlar

 
Möhtəşəm xəyallarım vardı, mükəmməl insanların ardından gedər, özümə verdiyim çətin tapşırıqları cəsarətlə yerinə yetirərdim.İnsanları musiqilərə, şəhər xəritələrinə, yollara, dəftərlərə və lətifələrə aid edərdim.Onların ruhundakı o sehri kəşf etmək üçün həyatlarını izləyər, haqqında heç vaxt olmamış hekayələr uydurardım.Bu araşdırmalar üçün ömrümün hər gününü sərf etməyə hazır idim.Çünki həqiqətən möcüzəli olduqlarına inanmışdım.Qəribə idilər, heç kimin olmadığı qədər qəribə...Hərəkətləri, görünüşləri, fikirləri.Onlar mənə həyatın tapmacaları idi.
    Bəzilərinə əsrlərlə vaxt lazım olduğunu bilirdim.Ancaq mən əsrlərlə işığı kəşf etmək üçün dolaşan bir səyyah kimi qaranlıq səhralarda küləklə sovrulmağa razı idim.
Related Posts Plugin for WordPress, Blogger...