haberler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
haberler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

27.03.2016

Yarımfabrikat (VI Hissə)

       
Shade Nagizade
Aradan 20 gün keçdi...Günəş axşamçağı öz yeknəsək nəğmələrini söyləyərək buludların arasından süzülüb gedərkən yaşadığım kiçik şəhərin insanlarını qəribə bir hüznə bürüyürdü.Onların çoxu yorğun, səs-küylü iş gününün sonunda evlərində isti çay içmək, ailəsi ilə söhbətləşmək üçün tələsirdilər.
     Mənsə hələ də bu qəribə şifrələrin nə olduğunu anlamaqda çətinlik çəkirdim. Evimizin yaxınlığından bir opera mügənnisinin həzin səsi gəlirdi...Santa Lucia...Santa Lucia..
     Bu səs az qala şəhərin bütün küçələrinə yayılıb axşamım həzin abu-havasını şövqə gətirirdi. Və əlbəttə acı həqiqəti mənim üçüb təkrarlamaqdan artıqlamasıyla zövq alırdı.Bəlkə də nahaq yerə əsəbləşirdim o sadəcə qarşısına çıxan hər insanla əylənən, onların hislərinə hörmət etməyən vecsiz bir adam idi.Dəqiqələr saatın əqrəblərindən süzülüb əbədiyyətə qovuşur, şifrələrsə hələ də sırrı açılmamış  olaraq qalırdı. Kim idi bu qəribə adam?Məndən nə istəyirdi?Onu təkrar görə biləcəkdimmi, yaxud nə vaxtsa səsini eşitmək mənə qismət olacaqdımı? Hər nə olursa olsun, onu yenidən görmək mümkün olarsa mütləq bütün suallarıma cavab alacağıma dair özümə söz vermişdim.

20.03.2016

Şeytanın Sənət Əsəri (V Hissə)

     
Shade Nagizade
       İnsan bəzən nə etmək lazım olduğunu bilmir.Dayanmış saat əqrəbi kimi olduğu yerdə donub qalır.
        Mən necə də axmağam, sadəcə ani təbəssümə, qəribə görünüşə aldanan bir axmaq...Bu adam məni barmağına dolayıb, hələ üstəlik buna şəxsən mən özüm- Tonika Qarayeva izn vermişəm.Bu halda yalnız bir çıxış yolu qalır.O da, buradan birdəfəlik getmək və Azad haqqında olan kəllə-mayallaq əhvalatı hər detalına kimi yaddan çıxartmaqdır.Yeri gəlmişkən kim bilir bəlkə heç adı da Azad deyildir.Əli, Rauf, Əsəd, Malik ya da çox güman ki, Vüsal ola bilər.Eh bu fikirlər, kifayət qədər sarsaqladım.Yaxşısı qaranlıqda üzü üstə yerə çırpılıb olduğumdan da axmaq görünmədən tələsik buradan qaçım.
          Ağlımda bu düşüncələrlə qapıya doğru addımladım.Ətrafda həzin sakitlik hökm sürürdü, duman çəkilib getmiş haradasa yaxın küçələrin birində gizlənmişdi.

27.02.2016

Qadın Müdrikləşirdi

    Qadın müdrikləşirdi.Sanki ruhuna oxunurdu bilinməz dualar.Bir kilsə şamı kimi yanıb uzaqlaşır, adsız yüksəkliklərə ucalırdı.Qadın aram-aram qeyb olurdu xatirələrdən, fotoşəkil albomlarından, ilahi ifaların sözlərindən....Ona yazılan şeirlər sankı vərəq parçalarında süzülüb düşür, bütün ona həsr olunmuş bəstələr əbədiyyətə qovuşurdu.Qara geyimli adamların əllərindən dağılırdı bir şüşə qırmızı şərab.Qadın süzülürdü badələrə göz yaşı olub...İlk dəfə və son dəfə baxırdı sevdiklərinə hüzn və istirab hissi ilə.Heyranı olduğu, bir zamanlar dəlicə arzularla, çılğın mahnılarla keçdiyi bu küçələrdən indi matəm marşı, öz sevimli ifası ilə keçirdi.

24.02.2016

90 yaşlı qadından 28 çox dəyərli məsləhət.

1. Həyat ədalətli deyil, amma yenə də gözəl!
2. Həyat o qədər qısa ki, birindən nifrət edərək vaxt sərf edirlər.
3. Kimsə amma kimsə, ... özünü ... çox ciddi qəbul etməməli!
4. Kredit kartlarını hər ay nizamlı ödə.
5. Hər müzakirəni qazanmaq məcburiyyətində deyilsən. Bəzən qəbul et, getsin.
6.Birisinin çiyinində ağlamaq, yalnız ağlamakdan daha yaxşı gəlir.
7. İlk maaşından etibarən, pensiya üçün pul yığmağa başla.
8 .. Mövzu şokolad olunca, müqavimət göstərmək gərəksizdir.
9 .. Geçmişinle sülh ki, gələcəyini zəhər etməsin.
10. Uşaqlarının səni ağlarkən görməsində problem yoxdur.

20.02.2016

Şanssız Özünükəşf

Bəlkə də ən böyük günahım digərləri kimi olmamağım idi.Mən hadisələri daha dərindən yaşayırdım, roman personajlarını kitabın səhifələrindən dünyaya çağırıb onlarla rəqs edirdim.Ulduzlardan çələng toxumağı bacarırdım və gecələr dənizin üzərindən uçarkən sağ əlimlə dalğalara toxunmağı...
Aliluliya-alilluliya...Bu necə də məharətli bir nəğmə.Dağılmış kilsənin qalıqları arasından İsanın nuru ilə aydınlanan da mən idim, su damlalarının axdığı təravətli şüşələrin ardından yapon qızın ətrini duyan da.Mən idim pent-ka dinləyən, meşədə və tanımadığım qəribə bir şəhərdə azan...Küçələri milyonlarla xatirəmlə boyamış adam.
Odur ki, indi ən adi bir yağmurun yağması ilə hönkür-hönkür ağlaya bilər, qurduğum dünyaların içində öz ruhumu boğa bilər, öz ulduzsuz səmamda yerin dibinə bata bilərdim.Və batdım da...Öz dünyalarımı qurdum da dağıltdım da...
Related Posts Plugin for WordPress, Blogger...