Bəlkə də ən böyük günahım digərləri kimi olmamağım idi.Mən hadisələri daha dərindən yaşayırdım, roman personajlarını kitabın səhifələrindən dünyaya çağırıb onlarla rəqs edirdim.Ulduzlardan çələng toxumağı bacarırdım və gecələr dənizin üzərindən uçarkən sağ əlimlə dalğalara toxunmağı...
Aliluliya-alilluliya...Bu necə də məharətli bir nəğmə.Dağılmış kilsənin qalıqları arasından İsanın nuru ilə aydınlanan da mən idim, su damlalarının axdığı təravətli şüşələrin ardından yapon qızın ətrini duyan da.Mən idim pent-ka dinləyən, meşədə və tanımadığım qəribə bir şəhərdə azan...Küçələri milyonlarla xatirəmlə boyamış adam.
Odur ki, indi ən adi bir yağmurun yağması ilə hönkür-hönkür ağlaya bilər, qurduğum dünyaların içində öz ruhumu boğa bilər, öz ulduzsuz səmamda yerin dibinə bata bilərdim.Və batdım da...Öz dünyalarımı qurdum da dağıltdım da...
Kaydol:
Kayıt Yorumları (Atom)

Hiç yorum yok:
Yorum Gönder
Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.