terror etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
terror etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

27.03.2016

Yarımfabrikat (VI Hissə)

       
Shade Nagizade
Aradan 20 gün keçdi...Günəş axşamçağı öz yeknəsək nəğmələrini söyləyərək buludların arasından süzülüb gedərkən yaşadığım kiçik şəhərin insanlarını qəribə bir hüznə bürüyürdü.Onların çoxu yorğun, səs-küylü iş gününün sonunda evlərində isti çay içmək, ailəsi ilə söhbətləşmək üçün tələsirdilər.
     Mənsə hələ də bu qəribə şifrələrin nə olduğunu anlamaqda çətinlik çəkirdim. Evimizin yaxınlığından bir opera mügənnisinin həzin səsi gəlirdi...Santa Lucia...Santa Lucia..
     Bu səs az qala şəhərin bütün küçələrinə yayılıb axşamım həzin abu-havasını şövqə gətirirdi. Və əlbəttə acı həqiqəti mənim üçüb təkrarlamaqdan artıqlamasıyla zövq alırdı.Bəlkə də nahaq yerə əsəbləşirdim o sadəcə qarşısına çıxan hər insanla əylənən, onların hislərinə hörmət etməyən vecsiz bir adam idi.Dəqiqələr saatın əqrəblərindən süzülüb əbədiyyətə qovuşur, şifrələrsə hələ də sırrı açılmamış  olaraq qalırdı. Kim idi bu qəribə adam?Məndən nə istəyirdi?Onu təkrar görə biləcəkdimmi, yaxud nə vaxtsa səsini eşitmək mənə qismət olacaqdımı? Hər nə olursa olsun, onu yenidən görmək mümkün olarsa mütləq bütün suallarıma cavab alacağıma dair özümə söz vermişdim.
Related Posts Plugin for WordPress, Blogger...