19.02.2016

Radiodan Çıxan Adamlar

 
Möhtəşəm xəyallarım vardı, mükəmməl insanların ardından gedər, özümə verdiyim çətin tapşırıqları cəsarətlə yerinə yetirərdim.İnsanları musiqilərə, şəhər xəritələrinə, yollara, dəftərlərə və lətifələrə aid edərdim.Onların ruhundakı o sehri kəşf etmək üçün həyatlarını izləyər, haqqında heç vaxt olmamış hekayələr uydurardım.Bu araşdırmalar üçün ömrümün hər gününü sərf etməyə hazır idim.Çünki həqiqətən möcüzəli olduqlarına inanmışdım.Qəribə idilər, heç kimin olmadığı qədər qəribə...Hərəkətləri, görünüşləri, fikirləri.Onlar mənə həyatın tapmacaları idi.
    Bəzilərinə əsrlərlə vaxt lazım olduğunu bilirdim.Ancaq mən əsrlərlə işığı kəşf etmək üçün dolaşan bir səyyah kimi qaranlıq səhralarda küləklə sovrulmağa razı idim.

    Həmin vaxtda bilirsinizmi nə baş verirdi?! O möhtəşəm sehrli insanlar sadəcə öz adi həyatlarını yaşayırdılar.Gündəlik işlərlə vaxt keçirir, ən adi mahnılardan zövq alır, ən adi filmləri bəyənir, küçə musiqisinin dadını bilmir, Notre Dam kilsəsindəki bir ikonanı izləməyin xəyali ilə yaşamır və yaxud xüsusi yol kartları yazmırdılar.Onlar radio dinləyərkən radioya mesaj yazan insanları bütün detallarına qədər gözləri önündə canlandırmır, ulduzlara öz sehrli suallarını vermirdilər.
     Bütün bu qəribəliklər bilirsinizmi kimdə idi?Mənim özümdə.Mənim düşüncələrim idi, fərqli olan.Mənim fikirlərim idi onları sehrli, möcüzəli edən.O adi insanları öz ruhumun sehri ilə boyayıb mükəmməlləşdirmişdim.Bütün işığımı onların həyatlarına  yaydığım üçün qaranlıqda qalmış və özümü kəşf etməyə zaman tapmamışdım.
 Əgər siz də mənə bənzəyirsinizsə və bunu artıq anlamısınızsa uzaq düşün o insanlardan, öz ailənizdən, dostlarınızdan, yaşadığınız evdən, əşyalarınızdan...Sizi sərhədləyən hər nə varsa ondan.Yeni musiqilər, yeni kitablar kəşf edin.Dünya turuna çıxın.Əlinizdən gələni edib, fərqli bir həyat yaşamağa çalışın.Onlar kimi cinsi maraqlarla, səfeh sevgi hekayələri və gicbəsər evlilik işləri ilə əlləşməyin.Siz təbiətin ən möhtəşəm hekayəsisiniz, şahəsər ya da müəmması.Gəzməli olduğunuz yerlərin siyahısını tutun, yazmalı olduğunuz hekayələrin və ya hər nə bacarırsınız onun.Sizin hekayəniz 4 divar arasında qalmağa layiq deyil.Əyər siz də mənim kimi radiodan çıxmısınızsa və bunu elə indi, bu saniyə anladınızsa ətrafınızdakı hər şeyi unudun və mənasız insanlardan sehrli həyatlar gözləməyin.Onlar sizi yalnız öz möhtəşəm dünyanızdan uzaqlaşdırar.Əyər sizi bu məqaləyə hər hansısa bir təsadüf gətiribsə o zaman doğru yerdəsiniz deməkdir.Öz yeni həyat hekayənizə xoş gəlmisiniz... :)

Sevgilərlə: Shade Nagizade

6 yorum:

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...