19.02.2016

Caz musiqisi haqqında

Jazz (Caz) musiqisi ilk dəfə 1900-cü ildə zəncilər tərəfindən yaradılmış və ABŞ-ın cənub əyalərində inkişaf etməyə başlamışdır."Caz" sözünü ilk dəfə Nyu Orelan şəhərində bir qara dərili istifadə etmiş və daha sonra bu musiqi növü müxtəlif mənşəli musiqilərlə sintez olunaraq daha da təkinləşdirilmişdir.Qısa müddət ərzində ağ dərililərin də diqqətini çəkməyə bacaran "Caz" artıq estrada musiqiləri ilə yanaşı səsləndirilirdi.

20-ci əsrin əvvəllərində ABŞ-ın qara əhalisinin cənubdan şimala köçməsi ilə əlaqədar görkəmli caz musiqiçiləri Nyu Orelandan Çikaqoya gəlirlər.Həmin illərdə Çikaqo Dünyanın ən böyük Caz mərkəzi kimi şöhrət qazanır. Məhs burada ilk dəfə Caz musiqisi qrammofon valına yazılaraq radio verlişlərində səsləndirilir.
Caz tarixinin ən görkəmli musiqiçisi Luiz Armstrongdur. 
bu musiqi növü Azərbaycanda 1930-cu illərdə təşəkkül tapmışdır.Azərbaycan cazının bünövrəsi daim drijor Niyazi və bəstəkar Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulmuşdur.Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil idi.1941-1945-ci illərdə və İkinci dünya müharibəsi qurtarandan sonra "Dövlət cazı"nın rəhbəri Rauf Hacıyev olmuşdur.
1950-ci illərin əvvəlindən 1960-cı illərin sonuna qədər Bakının caz həyatının "mərkəzi" Azərbaycan Neft-Kimya İnstitutunda keçirilən tələbə gecələri idi.
Hər il yaz axşamlarının birində Azərbaycanda caz kollektivləri Azərbaycan Neft-Kimya İnstitutunun akt zalında çıxış edirdi.
1960-cı illərdə Tofiq Əhmədov caz əsərləri yazmağa başlayır və onlarda milli musiqi ahənglərindən, ladlardan istifadə edirdi. Bundan əlavə, Azərbaycanda "Qaya", Rafiq Babayevin kvarteti yaranır və nəhayət Vaqif Mustafazadə dövrü başlanır.Vaqif Mustafazadə şərq muğamını qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edib, yurdunun dinləyiciləri üçün isə cazı doğma muğam dilində səsləndirirdi.Məhz 1969-cu ildən sonra azərbaycanlı caz musiqiçilərini SSRİ-nin başqa şəhərlərində keçirilən festivallara tez-tez dəvət etməyə başladılar.
Radio Yazar olaraq sizin üçün Caz ifalardan ibarət playlist yığmağı da özümə borc bildim.

Hiç yorum yok:

Yorum Gönder

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...