Arxadan bir səs ucaldı: Dayan..
Sanki o an Haydın susdu, Bethovenin 5-ci sinfoniyası öz əzəmətli ruhu ilə bu xarabazara çevrilmiş morqun-ölülər xəstəxanasının bütün otaqlarına yayılmağa başladı.Beşinci sinfoniya- həyəcanın musiqisi, qaçışın, həbs olunmanın, cəsarətin və mübarizənin musiqisi...
Bir anlıq özümü sərhəddən narkotik maddə keçirməyə çalışarkən gömrük nəzarətçisi tərəfindən saxlanılmış narkoman kimi hiss etdim.Ancaq bir az cəsarətimi toplayıb arxaya çevrilməyi bacardım.
O an musiqi susdu, lakin hələ də xəyalım pianonun dilləri üzərində süzülür, ruhuma qarışan bu möhtəşəm ifanın təkrarolunmaz notları ardı-arası kəsilmədən ifa olunurdu.
Dəhlizin o biri başında peyda olan bu qara kölgə yavaş addımlarla mənə tərəf yaxınlaşdı.Həyəcandan az qala dilim tutulacaqdı.
Əl fənərimi söndürüb, açmağa çalışdığım qapının önündə hərəkətsiz dayandım.Sağdakı otağa doğru sürətlə qaçsam pəncərədən tullanıb birtəhər canımı xilas edə bilərdim.Sonra hər şeyi unudub yoluma davam edər, sakit, səs-küydən uzaq həyatımı öz tempində yaşayıb həzin bir ifa kimi əbədiyyətə qovuşardım.
Fəqət lənət olsun, insan bəzən öz marağına qalib gələ bilmir.Çünki maraq mülayim sevgi hislərinin əksinə insanı özündən çıxardan, müxtəlif ağılsızlıqlara düçar edən bənzərsiz bir istəkdir.Bu istək insana ən ağlasığmaz işləri asanlıqla gördürə bilər, onu bir axşam uzaq bir ölkənin küçələrində küləyə qarşı yeriməyə vadar edə bilərdi.
- Kimsən sən?
Alaqaranlıqda ucalan kişi səsi indi mənim bir addımlığımdan gəlirdi.
Gözlərimi döşəməyə dikmiş nələrin baş verəcəyini təyin etməyə çalışırdım.Çox güman ki, bir neçə dəqiqə sonra o mənim cəsədimi sürüyərək xəstəxanın arxasındakı bağda gizlədəcək, qanlı əllərini qoxlayaraq böyük bir ləzzətlə qəhqəhə çəkəcəkdi.Ancaq adam gözlədiyimin əksinə, mülayim bir səslə dilləndi:
- Qorxma, hər şey qaydasındadır.
Bu an düşüncələrimdən utanıb ondan üzr istəmək istədim, fəqət cəsarətsizliyim məni bu dəfə də məyus etdi.
Adam qəflətən dizləri üstə yerə çöküb sağ əlini ürəyinin üstünə qoydu, sonra dərin bir ah çəkərək üzü üstə yerə yıxıldı.
Bu çox gözlənilməz baş vermişdi.Nə edəcəyimi bilmirdim, ancaq bu dəfə də mərhəmət hissimə qalib gələ bilmədim.Alaqaranlıqda üzü görünməyən bu adama kömək etməyib aradan çıxmaq, yalnız öz taleyimi düşünüb onu ölümə tərk etmək insanlıqdan deyildi. Odur ki, qorxuma qalib gəlib ona bir neçə addım da yaxınlaşdım. Yerdə hərəkətsiz uzanıb qalmışdı.
- Cənab, yaxşısınızmı?Cənab, cənab...
Adamdan səs gəlmədi. Ona bir az da yaxınlaşıb nəbzini yoxlamaq istədim.İlk dəfədir ki, başıma belə bir iş gəlirdi.Nəbzin necə yoxlanıldığını yaxşı bilməməyimə baxmayaraq ona tərəf atıldım.Elə təzəcə qolunu tutmuşdum ki, birdən adam başını qaldırıb gülməyə başladı.Onun qəhqəhəsi boş xəstəxana dəhlizində əks-səda verir, insanın əsəb sistemini korlayırdı.
Ax, necə də məni özümdən çıxarmağı bacarmışdı.Ayağa qalxıb əks istiqamətə yönəldim. Buradan nə qədər tez qaçıb qurtulsam o qədər yaxşı olacaqdı.Bu vaxt adam ayağa qalxıb yüksək səslə dedi:
-Əyər sadəcə bir melodiya olsaydım görəsən hansı olardım?! Bir bəstəkar mənim kimi səfili bəstələmək üçün neçə ilini qurban verərdi?!
Onun sözləri mənim diqqətimi çəkdi.Bu zamanda hələ ki, belə bir şəhərdə fəlsəfi cümlələr quran nadir insanlar yaşayır.Onlarla qarşılaşmaqsa haradasa qeyri-mümkündür.Çünki çoxdan ailə, uşaq sahibi olmuş, başı məişət işlərinə qarışmış bu adamlar həyatın keşməkeşli yollarında gündəlik qayğılarla boğuşurlar.Onlar maşının matorunu yağlayarkən cəmi 3 küçə sonra hansısa binada səslənən kvartet haqqında düşünə bilməzlər.Ya da mətbəxdə soğan doğrayarkən az sonra dərsdən gələcək olan oğlunu düşünən ana əsla düşüncələrinin arasına Şonhauer fəlsəfəsi haqqında fikirlər yeridə bilməz.
Yenə maraq mənə qalib gəldi və geri boylanıb onun alaqaranlıqda çətinliklə nəzərə çarpan cismini süzdüm.Başında XIX əsrin əvvəllərindən qalma qəribə bir şlyapa, əynində onun tam əksi olan uzun, dəri plaş vardı.Təxminimə görə boyu məndən otuz santimetrə qədər hündür olan adamın, saçları orta əsrlərdə yaşamış ingilis səyyahların saçları kimi yöndəmsiz şəkildə uzanıb, çiyinlərinə tökülmüşdü. Üzünü görə bilməsəm də geyimindən onun hansı mənəvi gücə sahib olduğunu az da olsa təyin edə bilirdim.
- Melodiya...Siz axı nə üçün melodiya olduğunuzu düşünürsünüz?! Bəlkə sadəcə akustik gitarada ifa olunmuş bir rock akordusunuz ?
- Musiqi ilə bu qədər bağlılığınızın olduğunu bilmirdim deyərək, o, mənə doğru addımlamağa başladı. Bu dəfə qaçıb getmək istəyimdən tamamiylə əl çəkmişdim. Qalıb onu tanımaq, bu qəribə adamın əsararəngiz təbiətini yaxından öyrənmək istəyirdim.Düz qarşıma çatanda sağdakı otaqların birinin sınıq-salxaq qapısından düşən işıq onun üzünü aydınlatdı və mən o an heç vaxt unuta bilməyəcəyim o əsrarəngiz üz cizgiləri ilə tanış oldum. Yalnız o an bütün ömrüm boyu adi insanları arasında yaşadığımın fərqinə vara bilmişdim. Onun mavi gözləri sanki tropik iqlimlərin vəhşi təbiətindən qopmuş bir cəngəllikdi, üzü isə qədim yunan mifologiyasında təsvir olunmuş müqəddəs tanrıları xatırladan bir ay parçası kimi işıldayırdı.İzləməkdən doymayacağım təbiət möcüzəsi ilə qarşılaşdığımın fərqinə varmışdım.Bu qəribə adam xəfifcə gülümsəyirdi.O an ağlımdan keçən sadəcə qədim bir mütəfəkkirin həqiqəti əks etdirən sözləri oldu: "Xəzinələri xarabalıqlarda axtarın"
Adam sağ əlini mənə doğru uzadaraq özünü təqdim etdi:
- Azad, mənim adım Azaddır.
Əlini sıxaraq, ona qarşılıq verdim:
- Tonika Qarayeva.
- Çox maraqlı adınız var.
- Bu adı mənə anam verib, dediyinə görə mən
onun uşaqlıq arzusunun bir
hissəsiyəm.
- Demək sizin ananız bəstəkar olmaq istəyirdi.
- Siz bunu haradan bilirsiniz?!
- Adınızdan...Tonika birinci pillə mənasını verir,
musiqi terminalogiyasında geniş istifadə olunur.
- Adımın mənasını bilirdim, lakin onun musiqi ilə əlaqəli olduğunun heç vaxt fərqinə varmamışdım.
Bu adam məndə qarşıqoyulmaz həyəcan hissi oyadırdı.İstər səs tonu, istərsə də görünüşü ilə fövqəltəbii bir auraya sahib idi. Dinməzcə bir qədər dəhlizdə dolaşıb nisbətən daha işıqlı olan otaqlardan birinə keçdik. Azad pəncərəyə tərəf bir neçə addım getdi və onun üzərini örtmüş köhmə taxta parçasını alıb kənara atdı.İndi onun üzünü bütün detalları ilə daha aydın şəkildə görə bilirdim.Tamamiylə ağ olan solğun dərisi sanki işıq saçırdı, mən həyatım boyu heç vaxt belə bir insanla qarşılaşmamışdım.
- Tonika, indi mənə deyin görək burada nə işiniz var?
Nə deyəcəyimi bilmirdim, çünki heç özümdə buraya hansı səbəbdən gəldiyimi anlamamışdım.
- Bilmirəm.
O gülümsəyib düz gözlərimin içinə baxdı.
- Tonika, çox təravətli dərin var, artıq buradan getmək vaxtıdır.Yaxşısı budur bir daha bura qayıtmayasan.
- Axı nə üçün?
- Məyər buranın təhlükəli yer olduğunu bilmirsiniz?
- Bilirəm, ancaq əyər mən cəsarət edib, bura gələ bilmişəmsə demək cəsarət edib qala da bilərəm. Yaxşı bəs siz nə üçün buradasınız?
- Mən cüzəm xəstəsiyəm, bura sadəcə bir zamanlar mənimlə eyni ağrıları yaşamış insanların xatirələrini seyr etmək üçün gəlmişəm.Bacardıqca məndən uzaq ol. Siz insanlar necə xoşbəxt olduğunuzu anlamırsınız. Sağlamqlığımı geri qaytarmaq üçün hər şeyimdən keçməyə hazıram, lakin bu sağalmaz bir xəstəlikdir.
Bu mənzərə qarşısında donub qalmışdım.Ona nə deməli olduğumu bilmirdim.Çünki əgər qalsaydım özümü bu xəstəliyə məkhum edərək ömür boyu əzab çəkməyi seçəcəkdim.Ancaq getsəydim həyatım boyu heç vaxt heç yerdə tapa bilməyəcəyim maraqlı bir mənzərəni bir daha əsla görməyəcəkdim.Mən bu dəfə marağıma qalib gələrək ikincini seçdim.Əks halda həyatım boyu peşman olacağıma əmin idim.
Külək sınıb- tökülmüş pəncərədən içəri doğru süzülürdü, qısa kəsilmiş saçlarımsa onun ahənginə qarışmışdı. Qəlbim getmə, ağlımsa inadla get deyirdi...
Kürəyimdəki çantanın qulplarını düzəldib geriyə doğru addımlamağa başladım.O an içimdə sanki xatirələrlə dolu olan möhtəşəm bir şəhər dağılıb yerlə yeksan olur, evlərin bünövrələri çökür, şiddətli sunami dalğaları insanları sağa-sola sovururdu. Ruhumda dahi Mozartın 25-ci simfoniyası səslənirdi.Bu musiqi məni əzir çoxdan dinmiş yağışı hardansa geri çağırıb şiddətlə üzümə çırpırdı.
Otaqdan aralanıb dəhlizdə bir qədər dayandım, illər əvvəl cüzam xəstələrindən bəhs edən bir filmdə insanların necə yavaş-yavaş əriyib yox olduqlarını izləmişdim.Onları sadəcə Allaha olan dərin inamları həyata qaytara bilmişdi.Qaçıb Azada sarılmaq, hər şeyin düzələcəyini demək istədim, ancaq ayaqlarım məni saxladı.Ayaqlarım məni tanımadığım adama olan dərin marağmdan çəkib çıxartdı.
Artıq hərəkət zamanı idi.Dayandığım yerdə donub qala bimməzdim, dəhlizlə çıxışa doğru irəllədim.Qapının ağzına çatanda son dəfə geriyə doğru boylanıb həsrət və küskünlüklə baxdım.Bu vaxt tək etdiyim otağdan bir qəhqəhə səsi ucaldı.
Ardı var...
Shade Nagizade -Yeni romandan IV Hissə

Maraqla ardını gözleyirem
YanıtlaSilBu yorum yazar tarafından silindi.
SilBu yorum yazar tarafından silindi.
SilTesekkurler :)
YanıtlaSilBu yorum yazar tarafından silindi.
SilSalam ,üzrlü sayım bir az gec gördüm rəyinizi.Bu linkə daxil olaraq aşağı düşün orada her biri var.
Silhttp://www.radioyazar.blogspot.com/search/label/Hissəli%20Roman. xoş mütaliələr sizə, cənab.
Shade in the world
YanıtlaSilkimsə sizə söyləsə ki yaxşı yazmisınız əsla inanmayın, cünki bu yazıya yaxşı yazılıb deyilməz ... Möhtəşəm dərəcədə bədii təsvir potensialı , yuksək səviyyədə estetik zövqlə sintez olduqda bu artıq Shade fərqi ilə mükəmmələşir. davamını səbirsizliklə gözləyirəm miss.
YanıtlaSilTəşəklürlər uşaqlar bizim qızlar da izləyir evdə :) Çox sag olun var olun.Bəyəndiyinizə sevindim.
YanıtlaSilMaraq.....
YanıtlaSil