13.03.2016

Psixoloji Test- "Evlənməyə hazırsınızmı ?"

Xoşgördük dəyərli oxucu, sizin üçün bir neçə psixoloq tərəfindən tərtib olunmuş, "Evlənməyə hazırsınızmı?!" adlı test kəşf etdim.Ümid edirəm ki, xoşunuza gələcəkdir.

Testin Qaydaları: Suallara cavab verin.Sonda veriyiniz cavabları A BC variantları üzrə sayın.Məs: A-5 B-5 C-10. Daha sonra hər bir variant üçün testin sonunda verilmiş cavabları oxuyun və psixoloji baxımdan evliliyə hazır olub, olmadığınızı öyrənin.


1. Bu əşyalardan hansı sizə daha yaxın gəlir.

A) Xətkeş
B) Üzük
C) Ayaqqabı 

2. Əyər evliliyin rəngi olsaydı bu hansı rəng olardı?

A) Mavi
B) Ağ
C) Qara

3. Əyər mümkün olsa bunlardan hansının toyunuzda iştirak etməsini istəyərdiniz?

A) Albert Eniştein
B) İsa Peygəmbər
C) Jim Kerry 

4. Sizin üçün ideal istirahət məkanı hansıdır?

A) Kitabxana, həm öyrənirəm, həm əylənirəm.
B) Dəniz Kənarı, sakit və rahat.
C) Diskoteka və Kafelər.

5. Bal ayı üçün hara getmək istərdiniz.

A) Romaya 
B) Parisə 
C) Dünya Turuna çıxmaq, heç də pis olmaz.

6. Sizcə bu fikirlərdən hansı evlilik haqqında deyilmiş ən doğru cümlədir.

A) Nə olur olsun, doğru insanı axtarıb tapmalısan.
B) Evlilik zamanla güclənir.
C) Haqlısan və susursansa, deməli ki, evlisən.

7. Sizcə evin ən vacib otağı hansıdır?

A) iş otağı
B) Yataq otağı
C) Qonaq otağı

8. Bu məşhur filmlərdən hansı sizin üçün daha maraqlıdır?

A) Milyonçu
B) Titanik
C) Hababam Sınıfı

9. Alış-veriş zamanı ən çox baxdığınız mağazalar əsasən hansılar olur?

A) Kitab mağazaları əlbəttə ki.
B) Məişət əşyaları ilə maraqlanmasam olmaz.
C) Özümə geyim almağı daha çox sevirəm.

10. Hansı təbiət hadisəsi sizin üçün daha maraqlıdır?

A) Fotosintez.
B) Yağışın Yağması
C) Gün çıxsın, hər zaman.

11. Hansı, rəqəm?Düşünmədən cavab verin.

A) 4
B) 3
C) 6

12. Toyunuzun harada olmasını istərdiniz?

A) Sadə bir toy salonunda.
B) Əsas toy deyil, həyat yoldaşımdır.
C) Çılğın və Əyləncəli bir yerdə.

13. Əsasən səhərlər...

A) Anam məcbur oyatmasa heç oyanmaq istəmirəm.
B) Evdə hamıdan tez mən oyanıram.
C) Əməlli başlı yatıb qalıram.

14. Evlilik həyatını necə təsəvvür edirsiniz?

A) Sakit və hüzurlu
B) Xoşbəxtliklə dolu
C) Əyləncəli 

15. Karnovala dəvət alsanız.

A) Getmərəm, elə yerlər mənə çox uyğun deyil.
B) Ən yaxın insanla gedərəm.
C) Gedib dostlarımla o ki, var əylənərəm.

Cavablarının çoxu A variantı olanlar: 
Sizin üçün evlilik bir qədər uzaqdadır, çox nadir hallarda bu haqda düşünürsünüz.Həyat yolunuz daha çox təhsil almağa və oxuyub-öyrənməyə meyilli olduğu üçün evlilik fikirlərindən xeyli uzaq düşmüsünüz.Lakin unutmayın ki, evlilik həyatın bir bölməsidir.Həm də çox önəmli bir bölməsi.

Cavablarının çoxu B variantı olanlar: 
Təbrik edirik, siz evliliyə tam hazırsınız.Həyatın hər sahəsində uğurlu olmaq istədiyiniz kimi, evlilik də sizin üçün ciddi bir mövzudur.Xoşbəxtlik üçün qapılarınız açıqdır və onunla qarşılamağa hazırsınız.

Cavablarının çoxu C variantı olanlar:
Siz evliliyə hazır deyilsiniz.Təəssüf ki, həyatı əyləncə olaraq gördüyünüz üçün evlikik kimi ciddi mövzular sizin üçün arxa plana keçmişdir.Lakin bizdən məsləhət alacaq olsanız, mütləq bu haqda düşünün deyərik.


4 yorum:

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...