talkradio etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
talkradio etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

13.03.2016

Psixoloji Test- "Evlənməyə hazırsınızmı ?"

Xoşgördük dəyərli oxucu, sizin üçün bir neçə psixoloq tərəfindən tərtib olunmuş, "Evlənməyə hazırsınızmı?!" adlı test kəşf etdim.Ümid edirəm ki, xoşunuza gələcəkdir.

Testin Qaydaları: Suallara cavab verin.Sonda veriyiniz cavabları A B və C variantları üzrə sayın.Məs: A-5 B-5 C-10. Daha sonra hər bir variant üçün testin sonunda verilmiş cavabları oxuyun və psixoloji baxımdan evliliyə hazır olub, olmadığınızı öyrənin.


1. Bu əşyalardan hansı sizə daha yaxın gəlir.

6.03.2016

Giriş Qadağandır. ( III Hissə)


Hər şey dumanlı bir cümə günü başladı.Şiddətli ildırım çaxır, yağış bir saniyə olsun səngimək bilmirdi.Günorta vaxtı olmasına baxmayaraq sankı hava qaralmış bu hüznlü mart gününü öz tutqun aurasına qərq etmişdi.
      Kitabxanadan çıxıb evə doğru addımlamağa başladım.Nədənsə yağışı heç sevməzdim.Xüsusən də yaz aylarında onun tamam özgə bir qəddarlıqla yağdığını hiss edirdim.Lakin belə havalarda küçədə heç kimin olmamağı xüsusiylə zövqümü oxşayırdı.
     Özünəqapalı insanların hər zaman sakitlikdə uzun yollar getməyə ehtiyacı olur.Mən də o insanlarda biriyəm.Odur ki, bu bədbin yağışa dözərək yolumun uzadıb geniş Meydana doğru üz tutdum.
      İnsan həyatda uşaqlıq illərinə qayıtmaqdan, o qayğısız günlərin bütün həyəcanını qəlbində hiss etməkdən daha çox nə istəyə bilər ?! Bəlkə də elə o səbəbdən ayaqlarım hər fürsətdə məni bura gətirirdi.Üzərinə xatirələr hopmuş bu geniş meydan dəfələrlə yenilənsə də o xatirələr üzərindən silinmir, əksinsə uzaqlaşdıqca daha da çox işıq saçmağa başlayırdı.Taxta skamyalarından yağış süzüldükcə yadıma nənəmin qayğı dolu təbəssümü düşürdü.Rəhmətlik necə də səmimi və şən qadın idi.Kaş ki, mən də onun qədər möhtəşəm ola bilsəydim.
Related Posts Plugin for WordPress, Blogger...