Big Brother Türkiye Final etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Big Brother Türkiye Final etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

6.03.2016

Giriş Qadağandır. ( III Hissə)


Hər şey dumanlı bir cümə günü başladı.Şiddətli ildırım çaxır, yağış bir saniyə olsun səngimək bilmirdi.Günorta vaxtı olmasına baxmayaraq sankı hava qaralmış bu hüznlü mart gününü öz tutqun aurasına qərq etmişdi.
      Kitabxanadan çıxıb evə doğru addımlamağa başladım.Nədənsə yağışı heç sevməzdim.Xüsusən də yaz aylarında onun tamam özgə bir qəddarlıqla yağdığını hiss edirdim.Lakin belə havalarda küçədə heç kimin olmamağı xüsusiylə zövqümü oxşayırdı.
     Özünəqapalı insanların hər zaman sakitlikdə uzun yollar getməyə ehtiyacı olur.Mən də o insanlarda biriyəm.Odur ki, bu bədbin yağışa dözərək yolumun uzadıb geniş Meydana doğru üz tutdum.
      İnsan həyatda uşaqlıq illərinə qayıtmaqdan, o qayğısız günlərin bütün həyəcanını qəlbində hiss etməkdən daha çox nə istəyə bilər ?! Bəlkə də elə o səbəbdən ayaqlarım hər fürsətdə məni bura gətirirdi.Üzərinə xatirələr hopmuş bu geniş meydan dəfələrlə yenilənsə də o xatirələr üzərindən silinmir, əksinsə uzaqlaşdıqca daha da çox işıq saçmağa başlayırdı.Taxta skamyalarından yağış süzüldükcə yadıma nənəmin qayğı dolu təbəssümü düşürdü.Rəhmətlik necə də səmimi və şən qadın idi.Kaş ki, mən də onun qədər möhtəşəm ola bilsəydim.

5.03.2016

Sizi Həyata Qaytaracaq 5 Kitab və Yükləmə Linkləri

    Son illərdə Şəxsi-İnkiaf kitabları müalicə vasitəsi kimi istifadə olunmağa başlayıb.Belə ki, deprensiya ilə mübarizədə ən effektiv dərmanlarla yanaşı psixoloqlar əhvalı düzəldən kitabların oxumasını da tövsiyyə edir.Bundan əlavə bir çox kitab oxumağa vaxt tapmayan və izləyərkən daha çox zövq alan insanlar üçün şəxsi inkişaf filmləri, həyat eşqi doğuran video-roliklər hazırlanmağa başlayıb.
     Gəlin onları sizinlə birlikdə kəşf edək.Əyər bu kitabları təsir gücünə görə
azdan  çoxa doğru sıralamaq lazımdırsa, mən Shade Nagizade şəxsən bu işi sizin üçün edərəm.

1. Rondo Bern -" The Secret "

Əyər ilk dəfə şəxsi inkişaf kitabı oxumaq qərarına gəlmisinizsə, bu kitab yeni həyata başlamaq üçün ideal vasitədir.İnanın mən ilk dəfə oxumağa başlayanda sehrli bir dünyanın qapısını araladığımın fərqinə vardım.İş yerimdə bir çox şeyləri düşüncə gücümlə əldə edərək çoxsaylı uğurlara imza atdım.Arxamca hər zaman müsbət fikirlərin söylədiklərini eşitdim.Bu gücü ailəm və dostlarımla bölüşdüm.Dostlarım qısa müddətdə istədikləri bir şeyi asanlıqla əldə etdiklərindən danışmağa başladılar.Əsası bütün bu hadisələr mənim gözlərim önündə baş verirdi.Əyər möhtəşəm bir başlanğıc üçün hazırsınızsa bu kitab məhs sizin üçündür.Kitabın Elektron versiyasını buradan yükləyə bilərsiniz:

 Rondo Bern- "The Secret"- Yüklə 

PS: Əyər video izləmək istəsəniz o zaman bu yazıya klikləyin.

"The Secret" -İzlə  

2. Jack Ensing Addington- "100% düşünce gücü" iii

4.03.2016

Həyatınızı Dəyişdirəcək 7 Qızıl Qayda

İnsanlar həyatlarının istədikləri kimi olmamağından şikayətlənirlər.Bu bəzən sağlamlıq, düzgün olmayan gün rejimi, yaxud streslə əlaqəli olur.İndi sizə verəcəyim 7 faydalı məsləhətlə həyatınızı qaydaya sala bilər, hətta çox daha uğurlu, sağlam və şən insan ola bilərsiniz.
1. Su için
Su içməyin faydalarını saymaqla bitməz.Ürək-damar sistemi, həzm sistemi, xəstəliklərinin hər birinin müalicəsi üçün zəruri olan su, həmçinin beyin fəaliyyətini gücləndirilməsində də olduqca faydalıdır.Hər kəs bilir ki, insan orqanizminin 100-də 70-i sudan ibarətdir.Bu o deməkdir ki, orqanizmin sağlamlığı üçün sudan daha faydalı heç bir şey yoxdur.İnsan nəfəs yolu ilə oksigen qəbul etdiyi kimi su yolu ilə də oksigen qəbul edir.Hələ üstəlik suyun tərkinindəki mineral maddələr  orqanların inkişafına əsas dəstəyi verir.Gündə çay və sulu yeməklərdən əlavə olaraq 8 stəkan su içilməlidir.Bu qəbzlik, artıq çəki, zehndə yaranan bir çox çatışmamazlıqları aradan qaldırmaqla yanaşı sizin cavan və sağlam qalmağınıza da şərait yaradacaqdır.

2. İdmanla məşqul olun.
Related Posts Plugin for WordPress, Blogger...