İnsanlar həyatlarının istədikləri kimi olmamağından şikayətlənirlər.Bu bəzən sağlamlıq, düzgün olmayan gün rejimi, yaxud streslə əlaqəli olur.İndi sizə verəcəyim 7 faydalı məsləhətlə həyatınızı qaydaya sala bilər, hətta çox daha uğurlu, sağlam və şən insan ola bilərsiniz.
1. Su için
Su içməyin faydalarını saymaqla bitməz.Ürək-damar sistemi, həzm sistemi, xəstəliklərinin hər birinin müalicəsi üçün zəruri olan su, həmçinin beyin fəaliyyətini gücləndirilməsində də olduqca faydalıdır.Hər kəs bilir ki, insan orqanizminin 100-də 70-i sudan ibarətdir.Bu o deməkdir ki, orqanizmin sağlamlığı üçün sudan daha faydalı heç bir şey yoxdur.İnsan nəfəs yolu ilə oksigen qəbul etdiyi kimi su yolu ilə də oksigen qəbul edir.Hələ üstəlik suyun tərkinindəki mineral maddələr orqanların inkişafına əsas dəstəyi verir.Gündə çay və sulu yeməklərdən əlavə olaraq 8 stəkan su içilməlidir.Bu qəbzlik, artıq çəki, zehndə yaranan bir çox çatışmamazlıqları aradan qaldırmaqla yanaşı sizin cavan və sağlam qalmağınıza da şərait yaradacaqdır.
2. İdmanla məşqul olun.
Yaşınızdan və harada yaşamağınızdan aslı olmayaraq hər insanın özünə uyğun idman proqramı olmalıdır.Bu proqram musiqili fitness, səhər yürüyüşləri və yaxud rəqs şəklində ola bilər. Bu bir az da sizin seçiminizdir.Lakin fərq etməz sağlam olmaq üçün hər zaman idman proqramlarından yararlanmalı bunu gün rejiminizdən əksik etməməlisiniz.Əyər işiniz oturaq işdirsə axşam yürüyüşlərinə çıxın.Bu həm yaxşı oksigen qəbuluna həm də oynaqlardakı duzlaşmanın azalmasına səbəb olacaqdır.Həftə sonları üzgüçülük, voleboll, basketbol klublarına qatıla ya da fitness məşq kurslarına yazıla bilərsiniz.
3. Şəxsi İnkişaf kitabları oxuyun.
İnsan yalnız fiziki sağlamlığını deyil, ruhi sağlamlığını da düşünməlidir.İstər inanın, istər inanmayın bu baxımdan Şəxsi İnkişaf kitabları əvəzolunmazdır.Bu tipli kitablar sizdə yaşama istəyi oyandırır.Maraqsız keçən həyatınıza yeni rənglər və yeni vərdişlər gətirir.Bəzən ağlınıza gəlməyən kiçik şeylərdən böyük zövq ala bilər, bəzən də balaca uşaqlar kimi bütün günü mahnı oxuyaraq dolaşa bilərsiniz.Bunun üçün mənim də həyatımda böyük dəyişiklik yaradan bir neçə kitabln adını çəkərək, sizi axtarışdan xilas edəcəyəm.Bu kitablardan ən məşhuru Rondo Bern tərəfindən yazılan "The Secret" kitabıdır.Sizi nə qədər ruhlandıracağının özünüz də şahidi olacaqsınız.Əyər tapa bilməsəniz.Youtube-da filmini də izləyə bilərsiniz.
P.S: Buradan daxil olun: The Secret İzle
Bundan əlavə Jack Ensing Addingtonun " 100% düşünce gücü", Napaleon Hillin "Düşün və Varlan", Ron Jensonun "Erdemli Yaşamın Gücü" kitablarını da oxuya bilərsiniz.Hər birinin sizdə yaşama sevinci oyadacağından heç şübhıniz olmasın.
4. Günlük Rejim yaradın.
Təcrübələr göstərir ki, yuxu və yemək rejimi qaydasında olmayan insanlar həyatda bir çox çətinliklərlə qarşılaşır.Bu çox zaman qan-damar sistemi problemlərinin, ürəyin işemik xəstəlikləri, artıq çəki, qəbzlik, halsızlıq kimi bir çox fiziki xəstəliklərin yaranmasına səbəb olur.Əyər bu problemlərlə qarşılaşmaq istəmirsinizsə özünüzə uyğun günlük proqram hazırlamağın xüsusən də yemək, idman və yuxu saatlarınızı qeyd edəcəyiniz güclü bir proqram yaratmağın əsl vaxtıdır.O zaman eyni saatda yuxudan oyanacaq, eyni saatlarda yemək yeyəcək və yuxuya gedəcəksiniz.Bununla da rejimə uyğun şəkildə sağlam bir həyata başlayacaqsınız.
5. Şən musiqilər dinləyin.
Əyər məndən məsləhət alacaq olsaydınız sözə playlistinizdən bütün kədərli mahnıları silin deyərək başlayardım. Musiqi insan həyatında çox önəmli yerə sahibdir, hətta bir çox həkim və psixoloqlar xəstələrin müalicəsində musiqidən istifadə edir.Bunu nəzərə alaraq şən mahnıların sizin həyatınız üçün nə qədər önəm daşıdığını bilməyinizi istəyirəm.Odur ki, gündəlik vərdişləriniz sırasına hər səhər şən musiqilər dinləməyi də daxil edin, hətta özünüz də zümzümə etsəniz çox daha faydalı olduğunu görəcəksiniz.
6. Zehninizi gücləndirin.
Zehin gücünüz kifayət qədər olmadan həyatın heç bir sahəsində uğur əldə edə bilməzsiniz.Və bu da sizin həyata küskün, olduqca ruhsuz olmanıza gətirib çıxarar.Hətta bəzi hallarda deprensiya səbəbi belə ola bilər.Bunun üçün məsləhət görəcəyim işlərədən biri də krossvord həll etməkdir.Krossvord ingiltərədə yaddaşı gücləndirmək üçün istifadə olunan vasitələrdən biri hesab olunur.Riyazi maraqları olan insanlarsa bu ehtiyacı bir növ çətin məsələ və tapmacaları həll edərək təmin edə bilərlər.
7. 21 gün sisteminə əməl edin.
Bir çox psixoloqlar insanlara tapşırıq verərkən bu tapşırıqları vərdişə çevirmək üçün onu 21 gün təkrarlamağı məsləhət görürlər.Çünki 21 gün təkrar olunan iş avtomatik vərdiş halına çevrilir.Bu sistemi həyatınıza gətirmək üçün sizə çox asan bir üsul məsləhət görəcəyəm.Oturub bir vərəqdə bəyənmədiyiniz xüsusiyyətlərinizi yazın.Məsələn: Tənbələm, qəddaram, səhlənkaram və.s daha sonra onları dəyişmək üçün əksi olan müsbət xüsusiyyətləri qeyd edərək özünüzlə mübarizə aparın.Məsələn: Qəddarlığın əksi mülayim və mərhəmətli olmaqdır.Bu xüsusiyyətləri 21 günlük cədvəlinizə qeyd edərək, 21 gün boyu hər gün axşam özünüzü qiymətləndirin.Əyər mülayim ola bildinizsə mülayim xanasinin qarşısında + işarəsi qoyun.
Eyni vaxtda bir neçə xüsusiyyəti qeyd edərək xasiyyətinizi və həyatınızda olmasını istədiyiniz şeyləri ölçə və idarə edə bilərsiniz.Bu həm çox əyləncəli, həm də mükəmməlləşdirici bir üsuldur.Yoxlamağınızı məsləhət görürəm.
Ümid edirəm, həyatınızda köklü dəyişiklər etmək üçün hərəkətə keçəcəksiniz.Buna elə bu gün qərar verin.
Sevgilərlə: Shade Nagizade







Hiç yorum yok:
Yorum Gönder
Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.