Sevgilinizi Sizdən Uzaqlaşdıran 5 Əsas Səbəb
Münasiətlərdə bəxtiniz gətirmir?Nə olur olsun hər zaman siz günahkar çıxırsınız və bu sonda ayrılığa səbəb olur?! O zaman bu məqaləm məhs sizin üçündür.Sevgilinizi sizdən uzaqlaşdıran 5 səbəbi araşdırdım, əyər bunları etməsəniz sevdiyiniz insan sizdən ayrı düşməz və daha dərin bir münasibətiniz olar.
1. Diqqətsizlik
Bir çox insan sevdiyi adamdan diqqət və qayğı gözləyərkən özü buna əməl etmir.Münasibətlərdə boşluğun yaranmasının ilkin səbəbi diqqətsizlikdir.Bəzən ona xoş sözlər söyləmək yerinə problemləri ilə yaxından maraqlansanız və mənəvi dəstək olsanız münasibətləriniz daha uzunömürlü və xoşbəxt olacaqdır.Çünki insanlar xoş sözlərdən daha çox qayğıkeşliyi ilə yaddaşlarda qalır.O sizi kədərli günlərdə yanında olan, problemləri ilə maraqlanan insan kimi düşünəndə heç vaxt sizdən uzaqlaşmaq istəməyəcəkdir.
2. Hər işə qarışmaq.
Bu yerdə diqqətli olun.Çünki söhbət bir az da qısqanclıqdan gedir.İnsanlar bəzən öz hislərini idarə edə bilmirlər.Sevdiyi adamın iş yerinə getmək istəyir, nəfəs aldığı hər anın hesabatını tələb edirlər.Bu kimi münasibətlər çox zaman ürək sıxıcı bir vəziyyət almağa başlayır.Ürək sıxıntısı ilə mübarizə aparmağın tək yolu isə ayrılmaq olur.Fikrimi yalnış anlamayın, sizə qısqanmayın ya da bunu qarşı tərəfə bildirməyin demirəm.Sadəcə olaraq bacardıqca hislərinizi idarə edərək onun hər işinə qarışıb ürək sıxıntısı yaratmayın.Əks halda uzun müddətli ayrılıq qaçınılmazdır.
3. Deyingənlik
Bu xüsusiyyət daha çox xanımlara aid hesab olunsa da son illərdə kişilərdə də özünü göstərməyə başlayıb.Hər şey üçün deyinən, ən mükəmməl işlərdə belə bir problem tapıb çıxaran insanla kim sevgili olmaq istəyər ki?! Belə biri heç vaxt uzunmüddətli münasibətin xəyalını qurmamalıdır.Çünki sən özünü dəyişmədikcə heç kim səninlə uzun müddət eyni evdə yaşamaq istəməz.Bir müddətdən sonra bezər, sıxılar və gedər.
4. Günahlandırmaq
Münasibətlərin məşhur sarsılma səbəblərindən biri də sevdiyin insanı günahlandırmaqdır.Səbəbi nə olursa olsun bir dedektiv kimi onun hər hərəkətini detalistik analiz edib, səhvlərini tapmaq və bunu o saniyə üzünə demək, bir münasibəti yorucu hala gətirən əsas səbəblərdən biridir.Demirəm ki, hər şeyinə dözün.Səhvsiz insan yoxdur, hər kiçik səhvi böyük problemə çevirsəniz, münasibətləriniz əsla yaxşı sonluqla bitməyəcəkdir.Bu bir növ vəkillə günahkar arasındakı məhkəmə hadisəsinə bənzəyəcək.
5.Dəymə-düşər olmaq
Bir insanın başına gələ biləcək ən dəhşətli hadisələrədən biri tez inciyib, küsən bir adamla sevgili olmaqdır. Hər şeydən öncə bir insan yanında güclü bir kişi yaxud qadının dayanmasını istəyər.Ən kiçik bir hadisədən inciyəcək qədər həssas insanlarsa sevgi münasibətlərində açıq danışmaq lazımdırsa, çox çətinlik çəkirlər.Hər sevgi münasibəti bir qədər anlayış tələb edir.Səbrli olun, dəymədüşər olmayın.
Hiç yorum yok:
Yorum Gönder
Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.