27.02.2016

Qadın Müdrikləşirdi

    Qadın müdrikləşirdi.Sanki ruhuna oxunurdu bilinməz dualar.Bir kilsə şamı kimi yanıb uzaqlaşır, adsız yüksəkliklərə ucalırdı.Qadın aram-aram qeyb olurdu xatirələrdən, fotoşəkil albomlarından, ilahi ifaların sözlərindən....Ona yazılan şeirlər sankı vərəq parçalarında süzülüb düşür, bütün ona həsr olunmuş bəstələr əbədiyyətə qovuşurdu.Qara geyimli adamların əllərindən dağılırdı bir şüşə qırmızı şərab.Qadın süzülürdü badələrə göz yaşı olub...İlk dəfə və son dəfə baxırdı sevdiklərinə hüzn və istirab hissi ilə.Heyranı olduğu, bir zamanlar dəlicə arzularla, çılğın mahnılarla keçdiyi bu küçələrdən indi matəm marşı, öz sevimli ifası ilə keçirdi.

    O bir dahi idi...Qaranlıq bir kölgə, heç kimin bilmədiyi sehrli bir melodiya.Onu anlatmaq üçün yazılmışdı bütün kitablar.Ona ithaf olunmuşdu bütün heykəltəraşlıq nümunələri, dahi rəssamlar ən mükəmməl qadın portretlərini ondan ilhamlanaraq çəkmişdilər.İnsanlar onun üçün tərk etmişdilər vətənlərini və insan ayağı dəyməyən hər yerdə onun marşı səslənirdi bu gün.Bu matəmlə qayalar titrəyir, sıldırımlı yolların köksündən yerin tərkinə almaz dənəcikləri yuvarlanırdı...Yağışlar heç ara vermir, ildırımlar sonsuz istirabların əzmini artırırdı.
     O bir dahi idi...Əsrin ehtişamlı bəstəsi, tarixə adını qazıyan əbəsi bir abidə...Öz sirrini açmağa özü belə qadir olmazkən onu bütünlüklə ifadə etməyə hansı bəşəri şahəsərin gücü yetərdi ki.O qatı qırmızı, gecənin intiharı və ən susmuş melodiyadır.Hansı muzey onunla yarışa bilərdi möhtəşəmlikdə, ya da hansı qüllə onun qədər yaxınlaşmışdı buludlara?!
     O bir dahi idi.İsanın təbəssümü üçün yenidən dünyaya gəlmiş və öz qara dəftərlərini ona xitabən yazmışdı.İsanın cansız bədənini yenidən dünyaya qaytarmış və onu öz dərin çeşmələrində həqiqi sevginin ruhu ilə bütünləşdirmişdi...

Shade Nagizade

4 yorum:

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...