20.03.2016

Şeytanın Sənət Əsəri (V Hissə)

     
Shade Nagizade
       İnsan bəzən nə etmək lazım olduğunu bilmir.Dayanmış saat əqrəbi kimi olduğu yerdə donub qalır.
        Mən necə də axmağam, sadəcə ani təbəssümə, qəribə görünüşə aldanan bir axmaq...Bu adam məni barmağına dolayıb, hələ üstəlik buna şəxsən mən özüm- Tonika Qarayeva izn vermişəm.Bu halda yalnız bir çıxış yolu qalır.O da, buradan birdəfəlik getmək və Azad haqqında olan kəllə-mayallaq əhvalatı hər detalına kimi yaddan çıxartmaqdır.Yeri gəlmişkən kim bilir bəlkə heç adı da Azad deyildir.Əli, Rauf, Əsəd, Malik ya da çox güman ki, Vüsal ola bilər.Eh bu fikirlər, kifayət qədər sarsaqladım.Yaxşısı qaranlıqda üzü üstə yerə çırpılıb olduğumdan da axmaq görünmədən tələsik buradan qaçım.
          Ağlımda bu düşüncələrlə qapıya doğru addımladım.Ətrafda həzin sakitlik hökm sürürdü, duman çəkilib getmiş haradasa yaxın küçələrin birində gizlənmişdi.

         Dağnıq saçlarımmı üzümdən çəkib, gəldiyim istiqamətə doğru addımlamağa başladım.Bu vaxt arxadan qəribə bir uğultu səsi gəldi. Aman Tanrım, bir anlıq huşumu itirib yerə yıxılacağımı sandım.Lakin bəxtim bu dəfə üzümə güldü, arxaya çevriləndəsə bayaq məni ələ salan, mavi gözlü adamın sol əli ilə önə doğru uzatdığı şəxsiyyət vəsiqəsini gördüm.Bir anlıq gözlərim elə qəribə şəkildə zəiflədi ki, orada Əli, Rauf, Vüsal və.s kimi adların yazıdığını sandım.Sonra bu adlar bir-bir silindi və həqiqət ortaya çıxdı. İndi gözlərim hər zamankından daha yaxşı görürdü.
       Ancaq lap dəqiqini bilmək istəsəniz Azad Salmanovun üzündəki o qatil soyuqqanlılığını lap kor adam da görərdi.
      O heç bir kəlmə demədən mənə tərəf yaxınlaşıb qolumdan yapışdı, əlində tutduğu əzilmiş vərəqi ovcuma qoyub aradan çıxdı.
      Eləcə yerimdə donub qalmışdım.Ancaq onun adi, küçələrdə gələn-keçənə tanışlıq təklif edən insanlar kimi vərəqdə öz telefon nömrəsini yazıb aradan çıxmağı məni artıqlamasıyla özümdən çıxartmışdı.Heyif ki, ona doğru boylanıb ürək sözlərimi deməyə fürsət tapmadan aradan çıxmağı bacardı.Yoxsa ona izah edərdim ki, mən...Mən...
      Lənət olsun axı vərəqdə nömrə deyil, nəsə tamam başqa bir şey yazılıb.Bu nədir belə: "BML 170414-1704"
      Həyatımda ilk dəfədir belə bir yazı ilə qarşılaşırdım.Görəsən bu qəribə görünüşlü adam bununla nə ifadə etmək istəyirdi.Əyər bu bir telefon nömrəsi deyildisə bəs nə idi?! Meydana tərəf addımlayarkən şifrələri anlamağa çalışırdım.Əyər həqiqəti söyləmək lazım gəlirsə onun sadəcə satirik bir sarsaq olduğunu düşünürdüm. Bu şifrələrsə çox güman ki,  növbəti zarafatının bir parçasıdır."BML" yaxud da "AGO", "ZZB" görürsünüzmü, əziz oxucu, mən ondan daha yaxşısını bacarıram. "MMA" ya da daha da təntənəli "RTD"...Görəsən axı bu adam nə demək istəyir...
        Bu qəribə düçüncələr məni düz məhəlləmizin yaxınlığına qədər təqib etdi.Ta ki, Sərxan Qədirovun məmnun sifətini görənə qədər.Bu insanı nə zaman görsəm sinir sistemim alt-üst olurdu.Sanki onun üzünü çəkməyi qədim zamanlarda Tanrı şeytana həvalə edib.Çox təəssüf edirəm ki, bu özündən razı adam mənim sinif yoldaşımdır.
       Hələ biz uşaq olanda mənə sevgi etirafı etmiş Sərxan, məkəb illərində zəhləmi tökmək üçün əlindən gələni edirdi.Təvəzökarlıqdan uzaq olsa da biz dördüncü sinifdə oxuyanda mən məktəbin ən bilikli qızlarından biri idim.Hər zaman şəklim şərəf lövhəsində ön sıralarda yer alırdı.Qaraqabaq olsam da, dərslərimi hec vaxt bölməz, nizam-intizama riayət etməkdə heç kimdən geridə qalmazdım. O zamanlar Sərxan bizim sinifə yenicə gəlmişdi.O gizli-gizli məni təqib edir, gedəcəyim yerə məndən əvvəl çatırdı.Bir dəfə də onunla elə bu günki kimi məhəlləmizin yaxınlığında bir yerdə qarşılaşdıq.Mənə yaxınlaşıb öz sevgisini açıq şəkildə etiraf etdi.O an necə əsəbləşdiyimi hec vaxt ağlınıza gətirə bilməzsiniz.Lakin ona heç bir şey demədən evə getdim.
     Səhəri gün sinifdə hər kəs bunu öyrənmişdi.Onlar məni məsxərəyə qoyub gülür, doqquz yaşlı bir oğlanın mənə qarşı bəslədiyi sevgi hissini mənim üçün üçün dram halına gətirirdilər. Sinifin bütün qızları eyni sualı verirdi: "Onu sevirsənmi?"
     Artıq bu sualı eşitməkdən bezmişdim və ruhumda tərifolunmaz bir boşluq hiss edirdim.Axı bu qədər yad insan necə mənim sinif yoldaşım ola bilərdi.
     Əyər indiki ağlım olsaydı onlara sadəcə gülümsəyərdim.Ancaq o zamanlar əlaçı bir qız üçün bu əməlli başlı bir bəla idi.Sinif yoldaşlarım mənim də onu sevdiyimi sanırdılar.Onlar vəziyyəti elə həddə çatdırmışdılar ki, buna az qala özüm də inanmağa başlamışdım.
     Bu bir uşağın xəyallarında yaratdığı çəhrayı dünyanı qara bir tüstüyə bürüyürdü.Onlara nə qədər etiraz etsəm də heç nə başa düşmək istəmirdilər.Bu səbəbdən susmağı və sinif qızlarından heç biri ilə yaxın dost olmamağı öyrənmişdim. Onlar mənim kimi deyildilər. onlar həyatı səthi yaşayırdılar və bəxtsizliyimdən gəlib məni tapmışdılar.
       O illərdə yaşadığım sarsıntılara görə Sərxana qəlbimdə dərin nifrət hissi oyanmışdı. Sonralar sinifimizi tərk edib başqa məktəbdə oxumağa getsə də onun üzünü hər dəfə görəndə pis uşaqlıq xatirələrim göz önümdə canlanır, ruhumu təkrar-təkrar yaralayırdı.
     Bəlkə də o yaxşı insandır, lakin bunu mənə heç kim sübut edə bilməzdi. Mən sırf onun məhəbbətinə görə düz 7 il məktəbdə tək-tənha dolaşıb 11-ci sinifi başa vurmuşdum.Onun sevgi etirafından sonra insanları inandıra bilməmiş və onların iyrənc ittihamları qarşısında boynu bükük qalmışdım.Ona nifrət edirdim çünki əyər sevgisini gizli saxlasaydı mənim məktəb illərim çox daha yaxşı keçərdi. Tənhalığa məhkum olmaz, axşamlar evə qayıdanda gizli-gizli ağlamazdım.
      Budur indi Sərxan Qədirovun o məmnun və biganə üz cizgilərini görəndə özümü şeytanla qarşılaşmış adam kimi hiss edirəm.Hərdən ona yazığım gəlir, uzun illərdir, ona olan nifrətimin həqiqi səbəbini öyrənmək üçün əlindən gələni etsə də heç bir cavab tapa bilmir.O elə sanır ki, bu qədər illərdə sırf kasıb ailənin övladı olduğu üçün onu sevməkdən üz döndərmişəm.Lakin məni bir azca tanısaydı anlayardı ki, var-dövlərtin mənim üçün zərrə qədər də əhəmiyyəti yoxdur.Əyər bir insan bütün qəlbi ilə kimisə sevirsə axı bu işdə pulun-adi kağız parçasının nə önəmi ola bilər?! Pul indiki dövrdə yaşamaq üçün qazanılır, sevmək üçün deyil.
      Əfsuslar olsun ki, onlar məni tanıyacaq qədər yaxın insanlar deyildilər.İndi isə onların nə düşündüyünün heç bir önəmi yoxdur.
      Tanımadığım adam-Sərxan Qədirovun yanından lal-dinməz keçib məhəlləmizə daxil oldum.Bununla da əzablı illərin dəhşətli xatirələri o küçədə, tanımadığım adamla birgə əriyib yoxa çıxdı.

6 yorum:

  1. Mohteshem Shade)
    novbeti hisseni heyacanla gozleyecem ;)
    bu arada, seninchun de darixmisahm :(

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm əzizim, var ol.Mən də səninçün darıxmışam. :)

      Sil
  2. sanki öz həyatın haqqında yazılıb.

    YanıtlaSil
  3. Hər yazar romana özündən bir şey qatar :)

    YanıtlaSil
  4. Şade məni burda da blok edə bilərsən ? :D

    YanıtlaSil

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...