Mənim adım Tonikadır, Tonika Qarayeva.
Hər kəsin hekayəsi yolda, məktəbdə, bir doğum evində ya da sadə dizayn olunmuş bir kafedə başlayır.Mənim hekayəmsə mənim olmayan hekayələri gəzmək səbəbindən hər zaman təxirə salınmışdır.
Mən adım Tonikadır, pianist olmaq arzusunun arxasınca getmədiyi üçün peşman olmuş və özünə olan inamını sarsıdacağından qorxuduğunu etiraf edərək qızlıq soyadını əsla dəyişdirməyən Afət Quliyeva və fotoqraf Rəşid Qarayevin qızıyam.
Bacım sarışın olduğu üçün hər zaman daha gözəl hesab olunub.Bu səbəbdən atamın atelyesi onun müxtəlif pozalı şəkilləri ilə doludur.Budur Şəfəq gülümsəyərkən... Şəfəqin ilk addımları...Şəfəq əmimin qucağında, Şəfəq dondurma yeyir.
Məktəb illərində Şəfəqin böyük bacısı olduğuma görə ətrafımda saysız-hesabsız yaraşıqlı oğlan dolaşmaqda idi.Hər biri onunla əlaqə yaratmaq üçün bir vasitə axtarırdılar.Ev telefonmuz susmaq bilməz, küçə qapımızın önündən şokalad bağlamaları heç zaman əksilməzdi.
Böyük qardaşımı tamamiylə unutmuşam.Əslində bu işdə onun əməyi də böyükdür.Lakin hər bir halda onun haqqında danışmaq mənə olduqca zövq verir.18 yaşına çatanda uşaq vaxtdan bəri xəyallarını həqiqətə çevirmək üçün yığdığı pulları alıb, elə xəyallarını həqiqətə çevirmək üçün İstanbula qaçır.Orada iki il az gəlirli bir işdə çalışmaqla yanaşı gecə kursuna qatılaraq fransız dilini öyrənməyi bacarır.Sonra həyatı daha da dəyişməyə başlayan səfil Robi (Ona bu adı uşaqlıq dostları vermişdi.) Fransada bir il, Amerikada iki il yaşayır...Və nəhayət öz məhəbbətini Texas küçələrin birində tapır.Azərbaycanlı bir qadının bir yaz səhərində qərib ölkənin, o qədər də məşhur olmayan dalanlarından birində səfil və yarıyuxulu vəziyyətdə dolaşacaq qədər cəsarətli olması əlbəttə ki, onun ən az özü qədər cəsarətli olan Sənan ilə qarşılaşmasına səbəb olmuşdu.
Ailəm hər dəfə onun bu hekayəsi haqqında ağlayaraq danışarkən mənim necə böyük zövq aldığımdan xəbərləri belə yoxdur.Sənan öz xəyallarının ardınca uzun yollar getməli və bir çox çətinliklərin öhtəsindən gəlməli olmuşdu.İndi onun 2 qəribə əşyalar satılan mağazası, bir ağac evi və çılğınlıqda sərhəd tanımayan Armandası vardı.
Mənsə hələ o zamanlar öz hekayəmə çatmamışdım.Ancaq bu hekayə haqda danışmazdan əvvəl sizdən dostluq xatrinə bir xahish edəcəyəm.İcazə verməyin ki, bazarda peraşki satan və hekayəmdən zərrə qədər xəbəri olmayan bir qadın öz misli görülməmiş peraşkilərini bu kitabın vərəqlərinə büksün.Çünki bu hərəkət Şərab qırmızının ölməz xatirəsinə əbədi xəyanət olacaqdır...
Shade Nagizade - (Yeni romandan I hissə)

Shade, sən yemə-içmə yaz.Biz yenə oxuyarıq.Çox bəyəndim, hər zamankı kimi.Ardını maraqla gözləyirəm.
YanıtlaSilYazı üslubunuzu beyendiyimi demişdim Heyecanverici İnsan oxuduqca oxumaq isteyir Kitabınızın neşr edilmesi üçün her fedakarlığı etmek isteyirem
YanıtlaSilTəşəkür edirəm dostlar :)
YanıtlaSilQırmızı...
YanıtlaSil:) Evet...
Silyarat yarat durmadan yarat.....
YanıtlaSil