1.03.2016

Diqqət! İşə Qəbul Olunmaq İstəyənlərin Bilməli Olduğu 10 Qızıl Qayda.

Əyər önəmli bir iş görüşməsinə gedirsinizsə bu məsləhətlərimə riayət etsəniz, uğur qazanacağınıza əminəm…Amerikada ən bacarıqlı şirkətlər bu incəliklər üzərində qurulmuşdur.

1. Bahalı qol saatından istifadə edin  və çalışın ki, qol saatınız geyiminizə uyğun olaraq rəsmi-işgüzar üslubda olsun.Eleqantlığı ilə diqqət çəksin.
Çünki, qol saatı sizin zamanınıza verdiyiniz dəyəri ifadə edir.Saat nə qədər qiymətli olsa zamanınız da o qədər qiymətlidir, nə qədər ucuz olsa, zamanınızın dəyəri də o qədər azdır.

2. İş haqqında danışacağınız insanın kabinetinə daxil olmazdan öncə qapını 2 dəfədən artıq döymək olmaz.Bu psixoloji bir faktordur.İnsanlar qapını iki dəfə döydüyü zaman daha daha uğurlu nəticələr əldə edirlər, 3 yaxud 4 dəfə döydüklərində isə bu qıcıq reaksiyası yaradır və insanların sizə qarşı olan diqqətini yayındırır.



3. İçəri daxil olduğunuz zaman ilk öncə özünüzü təqdim edin.Əyər vizit kartınız varsa ondan istifadə etməyiniz daha məqsədə uyğundur.Vizit kartınız sizi daha ciddi və qayda-qanunları olan insan kimi göstərəcək.Bu halda siz iş həyatınızdakı təcrabənizi açıq şəkildə bəyan etmiş olacaqsınız.Bu hər bir işə götürənin xoşuna gəlcəkdir.

4. Qadınların yellənən sırğa taxmaqları məsləhət görülmür.Lakin nisbətən hündür dabanlı ayaqqabı geyinsələr daha uğurlu olarlar.Çünki hündür dabanlı ayaqqabı sizi özünüzdən ınmin addımlarla yeriməyə məcbur edir və bisbətən daha dik duruşunuza təkan verir.Dik durmaqsa iddialı olduğunuzdan xəbər verir.Bu iş dünyasında bacarıqlı okacağınızın işarəsidir.

5. Görüşmə zamanı qarşınızdakı rəsmi şəxsə onun öz adı ilə müraciət edin.Çünki  psixoloqlar sübut etmişdir ki, ad dünyadaki insanların ən sevdikləri sözdür.Nə qədər bunu inkar etsələr də, onlara adları ilə müraciət edən insanları ilk görüşdən bəyənirlər.Bu sizin işə girməyinizə təkan ola bilər.

6. Əyər həmin insan boz rəngli geyimdədirsə, onunla maliyyə məsələləri haqqında  danışmasaz daha yaxsı olar.Çünki boz rəng insanı əliaçıqlıqdan uzaq salır, simic insandan pul istəməyinsə sizə faydası yerinə ziyanı dəyər.Bu haqda söhbətinizi başqa vaxta saxlayın.

7. Əyər rəsmi şəxs qəhvəyi rəngdə geyinibsə, maliyyə haqda ürəkrahatlığı ilə danışa bilərsiniz.Çünki qəhvəyi rəng onu daha yaxşı əhvala sahib olmasına və sizin təklifinizə əliaçıq şəkildə yanaşmağına səbəb olacaqdır.


8. Rəsmi görüşə gedərkən özünüzlə bir adam götürün.O sizi daha da cəsarətləndirəcək.Bununla yanaşı daha uğurlu olmağınıza şərait yaradacaq.Belə ki, sizə doğma insanlardan birinin yanında özünüzü daha yaxşı ifadə edəcək və demək istədiklərinizi daha rahatlıqla bəyan edəcıksiniz.

9. Əlinizdə diqqətinizi bir istiqamətə  yönəldəcək bir əşya tutun bu qələm,vərəq yaxudda sancaq ola bilər.İş görüşmələrini araşdıran psixoloqlar, bunu araşdırarkən bir çox insanların həyəanlarını üstələdiyini aşkar etmişdir.Xüsusi əşya, yaxud uğurlu qələləm uğurlu bir yolun başlanğıcı ola bilər.Həyəcanınıza qalib gəlin. 

10. Danışarkən qarşınızdakı insanın dodaqlarına deyil, gözlərinə yaxud da alnına baxin.Bu isə etik vir normadır.İnsanlarla söhbət edərkən onun dodalarına yaxud, hər hansı bir bədən üzvünə baxmaq mədəniyyətsizlik hesab olunur.Bu həm də diqqət yayındıran faktorlardan biridir.Əyər yadda qalan bir insan olmaq istəyirsinizsə onun gözlərinə baxaraq danışmağı unutmayın.

Dəyərli təlimçilərimdən öyrəndiklərimi və şəxsi həyatimda tez-tez istifadə etdiyim əsas psixoloji bilikərdən bəzilərini sizlərlə bölüşmək istədim.İş həyatınızda uğurlar.Bol şans arzu edirəm.

P.S: Bu haqda başqa bildikləriniz varsa rəy yazaraq oxucularımızı məlumatlandırmağı unutmayın.

2 yorum:

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...