Öz hekayəmə getmək üçün hər zaman geciksəm də, gecikmə müddətimin sehrli olduğundan bunun heç vaxt fərqinə varmamışdım. İstər öz hekayəsinə getsin istər getməsin, hər insanın həyatına fırtına effekti yaradacaq möhtəşəm bir dost gəlmişdir.Mənim üçün bu dost Əfşan Əzimzadədir.Qısaca desək Afa.
Onunla ilk tanış olduğum zaman 11 yaşım vardı. İsti bir yay günündə tanımadığım adamın qaçaraq otağıma daxil olduğunu gördüm.O çay içir, valideynlərimlə söhbətləşir, hansısa mövzular haqqında mühakimə yürüdürdü. Uzun barmaqları hamıdan incə, çilli üzü hamıdan daha parlaq idi.Saçının qısa kəsilmiş hissələri ona heç kimə yaraşmayan qədər çox yaraşırdı.Yumru burnu ara-sıra qaşınır bu onu yaşından daha balaca göstərən hərəkətklərə sövq edirdi.
Əfşan bütün Şəfəq üzərindəki diqqətləri toplamağı bacarmış, onu ilk dəfə kölgədə qoyaraq hələ heç tanış olmadan mənimlə dost olmağa başlamışdı.Doğrusu arxasınca qaçmağı bacarmadığım üçün otağımda əyləşib onun gəlib məni nə vaxt kəşf edəcəyini gözləməkdə idim.Və nəhayət o sehrli an gəlib çatdı.Əfşan Əzimzədə kitab rəfindən bir roman götürdü, oxumağa başladı.
Romanda Ellada qəhrəmanlarından biri hesab olunan, Yazon haqda kiçik bir abzas yer almışdı.O növbəti cümləni yüksək səslə oxumazdan öncə mən o cümləni ona əzbər və daha yüksək şəkildə dedim.Kitabı örtmədən mənə tərəf döndü.Diqqətlə gözlərimin içinə baxıb, Əfşan Əzimzadə dedi.Görünür soyadı ilə təqdim olunmaqdan olduqca məmnunluq hissi duyurdu..
Özümü təqdim edib, çarpayının üstündə əyləşdim.O isə mənə yaxınlaşaraq sual verdi:
Tonika, yaşını üstələyən daha nələr bilirsən? Mən sadəcə gülümsədim və dedim: Onu zaman göstərər.
İllər sonra Afa bu anı xatırlayanda sırf məni kəşf etmək üçün aylarla burada qaldığını açıq şəkildə bəyan edirdi.
O, gəldiyi gündən günəş kimi parlamağa, dünyanın bütün rənglərini yaşadığım küçəyə yaymağa başlamışdı.Uzaq qohumum birdən-birə yaxın adama çevrilmiş, ailəmi sevdilərmi, dostlarımı, məhəlləmizin voleybol komandasını ələ keçirmişdi.Hələ üstəlik küçəmizdəki marketin satıcısının, xlor satan əminin, sinif yoldaşımın qardaşının və qonşumuzun oğlunun sevimlisinə çevrilmişdi.Onun üçün insanları valeh etmək sadəcə uşaq oyuncağı idi.Qəribəsi də bu idi ki, onunla çox yaxın olduğumuz üçün zərrədə qısqanclıq hissi duymur əksinə böyük zövq alırdım.O cəsarətli idi, küçəyə çıxıb oyunlar təşkil edir, intellektual yarışlar keçirirdi.Nədənsə sualları mən hazırlayır, ona hər işində köməlik edirdim.O hamının dostu idi, ancaq gizli arzularını sadəcə mənimlə (icazə verin bu yerdə öz adımı təntənə ilə səsləndirim) -Tonika Qarayeva ilə bölüşürdü.Gecə yarısı ayaqyalın ulduzların altında mənimlə dolaşır, sabahı necə maraqlı etməyin planlarını qururdu.Həyatın heç bir adi günü yox idi.Onlar gün keçdikcə daha da qeyri-adi olmağa başlamışdı.Zamanla ətrafımdakı hər kəs onu tanımağa, şəhərin dörd bir yerindən insanlar yaşadığım küçəyə axışmağa başladılar.Bu məni heyrətləndirir, vəcdə gətirir, həyəcandan dəliyə çevirirdi.
Artıq o yalnız aylarımı deyil, illərimi də almağa başlamışdı.Yay ayları bitdikdən sonra keçirdiyimiz ehtişamlı günləri, yuxusuz gecələri dəftərlərə yığıb gizlədir, qışda sakit məktəb günlərini yol salıb böyük maraqla yay macəralarımızı gözləyirdik.Hər yay bizim üçün daha əyləncəli bir şey tapılırdı.Onunla keçirdiyim 2-3 ayı onsuz bir şəhərdə yaşadığım 10 aya dəyişməzdim.Hər şey o qədər fərqli idi ki, sanki teatr səhnəsində baş rolda Əfşandır, lakin mən bilet satanam və teatr tamaşasını izləmək üçün ilk öncə insanlar məndən bilet almalıdır.
Mənim fərqim fərqlini kəşf edə bilməyim idi.Mənim fərqim fərqli bir tamaşanın pərdə arxasında olmağıma baxmayaraq bütün hadisələri idarə edə bilməyim idi.
Əfşan Əzimzadə mən səkkizinci sinifdə oxuyana qədər hər il yay aylarını mənimlə birgə keçirtdi.O artıq mənim böyük bir hissəmə çevrilmişdi.Onsuz yayın istisində əsla əylənə bilməzdim, yuxusuz gecələr haqda dəftərlərə yazmadan günlərim keçməz, birgə kəşf etdiyimiz şirniyyatların dadına tək baxa bilməzdim.
Mən Əfşan Əzimzadənin suya düşən əksi idim, ya da kölgəsi...Hər gün ardınca addımlayan, gecə yarısı ruhuna qarışan, qaranlıqda görünməyən və hər zaman var olan.Ta ki, şahmatda ona qalib gəldiyim o qəribə günə qədər.O axşam ulduzlar fərqli parlayırdı.O möhtəşəmlikdən əsər əlamət qalmamış, özümüzdən uydurduğumuz əlifbanın hərfləri sətrlərdən qaçmağa başlamışdı...
O gün Əfşanın gizincə gündəliyimi tapıb oxuduğunu və bütün oxuduqlarını öz yaxın dostu Arzu ilə bölüşdüyünü öyrəndim.Bu mənim üçün ağır itki idi.
Bir daha əsla Afa ilə bağlarımız birləşə bilməyəcək, onunla gecə söhbətlərimiz əsla eyni dadı verməyəkdi.Həyatdan aldığım ilk zərbə məni kədərləndirir, yerdən-yerə vurur, taleyimi kitaba çevirib vərəqlərini cırır, cırdığı hər vərəqi hiddətlə üzümə çırpırdı.Artıq Tonika Əfşanın kölgəsi deyil sadəcə oyuncağı idi.Tonika yeriyən gəlincik və onun istəklərinə cavab verən bir növ robot kimi yaşayırdı...Ax, nədbəxt Tonika o sadəcə bir taxta oyuncaq idi.Vaxtı bitdiyində zibil qabında öz yerini tutan.
Bir il sonra Əfşan Əzimzadə hüznlü bir hekayə ilə yaşadığım evdən uzaqlaşıb, bir daha bura gələ bilməyəcəyini, gəlsə belə çox qala bilməyəcəyini söylədi.Onun arxasınca əl yelləyərkən keçdiyimiz o möhtəşəm illərin əbədiyaşar xatirələri göz önümdə canlandı.Bir tamaşa beləcə bitirdi.Bilet satan qadın kassanı qapısını bir axşam vaxtı bağlayır, aktrisa öz karyerasından əbədi uzaqlaşırdı...
Shade Nagizade (Mart 2016) Romanın II Hissəsi

Shade 3-cü hissəni mütləq yaz.Çox sevdik, yazılarını.Möhtəşəmdir.Musiqi ilə oxuyuruq dediyin kimi....
YanıtlaSilHer defe yazını oxuyub bitirdikden sonra gözlerimin bir yere dikilib bir neçe saniye durduğumu hiss edirem Ağlımda çox suallar var Yazılarını ilk günden beyendiyimi demisem Sebirsizlijle yenilerini gözleyirem
YanıtlaSilTəşəkkür edirəm dostlar, İnshAllah növbəti yazılarım da xoşunuza gələr :)
YanıtlaSilderin derin....
YanıtlaSil