Öz hekayəmə getmək üçün hər zaman geciksəm də, gecikmə müddətimin sehrli olduğundan bunun heç vaxt fərqinə varmamışdım. İstər öz hekayəsinə getsin istər getməsin, hər insanın həyatına fırtına effekti yaradacaq möhtəşəm bir dost gəlmişdir.Mənim üçün bu dost Əfşan Əzimzadədir.Qısaca desək Afa.
Onunla ilk tanış olduğum zaman 11 yaşım vardı. İsti bir yay günündə tanımadığım adamın qaçaraq otağıma daxil olduğunu gördüm.O çay içir, valideynlərimlə söhbətləşir, hansısa mövzular haqqında mühakimə yürüdürdü. Uzun barmaqları hamıdan incə, çilli üzü hamıdan daha parlaq idi.Saçının qısa kəsilmiş hissələri ona heç kimə yaraşmayan qədər çox yaraşırdı.Yumru burnu ara-sıra qaşınır bu onu yaşından daha balaca göstərən hərəkətklərə sövq edirdi.
