17.02.2016

Həkim "İşan Hüseyini" haqqındada qısa hekayə

Doktor İşan Hüseyni Pakistanlı və olduqca məşhur bir həkim idi. Tibb sahəsində əldə etdiyi böyük nəaliyyətlərinə görə medal almaq üçün beynəlxalq bir konfransa getməyə tələsirdi. Təyyarəyə mindi, təyyarə havada olarkən qəflətən hava dəyişdi. Göy gurultuları, ildırımlar və şimşək təyyarəni yaxınlıqdakı hava limanına enməyə məcbur etdi. Ancaq növbəti uçuş 16 saatdan sonra olmalıydı. Həkim bu hadisədən narahat oldu, "mən nə olur olsun bu tədbirə yetişməliyəm" deyirdi. Hava limanının işçiləri həkimin gedəcəyi yerin 6 saatlıq məsafədə olduğunu və avtomobillə
gedə biləcəyini deyirlər. Həkim tələsik maşına minərək yola çıxır. Lakin bu dəfə yolda güclü yağış selə çönərək, maşının getməsinin qarşını alır. Maşın yolda qalır. Həkim yol kənarındakı kiçik bir evə daxil olaraq telefon istəyir. Yaşlı bir qadın evdə oturmuşdu. Qadın həkimə burada telefonun olmadığını dedikdə həkim işlərinin bu cür alınmamasına daha da əsəbiləşir. Qadın həkimə "keçin çaydan çörəkdən yeyin, sonra düşünərsiniz bu işləri" deyir. Həkim çarəsiz olduğunu görüb, bir neçə tikə yemək yedi və çay içərək qadına tamaşa edirdi. Qadın namaz qılıb uzun bir dua etdi. Sonra o, bir taxta beşiyin yellədiyini və beşikdə hərəkətsiz bir uşağın olduğunu gördü. Maraq bürüdü həkimi, soruşdu "bu uşaq kimdir, ona nə olub?"
Qadın özünü saxlaya bilməyib ağlaya-ağlaya "bu mənim ata və anadan yetim qalan nəvəmdir" dedi. Ağır bir xəstəliyə düçar olduğunu və şəhərimizdə müalicəsinin olmadığını - dedi. Lakin həkimlər bu uşağın xəstəliyinin əlacını İşan adlı pakistanlı bir həkimdə olduğunu dedi. İmkansızlıqdan bu həkim cox uzaqda olur deyə uşağı apara bilmirəm. Hər gün Allahdan bu uşağın şəfasını istəyirəm. Allahdan bu işin asan olmasını istəyirəm. Doktor Hüseyni özünü saxlaya bilməyib ağladı; "Qalx Anam, Allah dualarını qəbul etdi" dedi, - "Sənin duan ildırımlar və şimşək çaxdırdı, təyyarəni yerə endirdi. Sənin duan leysan yağdırdı, sellər yaratdı. Sonda da məni sizin qapınıza gətirdi. Doktor İşan Hüseyni mənəm"...

2 yorum:

  1. Salam...Oxudum. Ozum Ateistem ve hec bir allahin varligina inanmiram. Amma bu yazi meni cox kovreltdi...Cox da beyendim...Teshekkurler! Size fealiyyetinizde ugurlar arzu edirem...

    YanıtlaSil
  2. Təşəkkür edirəm, cənab.

    YanıtlaSil

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...