Öncəliklə romanla ilk tanışlığım haqqında qısaca danışmaq istəyirəm.
Təxminən 13 yaşım olardı.Yaxın dostum Fərəh əlində Həndəsə kitabı və bir yığın dəftərlə alma ağacının altında dayanıb yeni tapıntısı haqqında həvəslə danışmağa başladı. Onun mistik hadisələr və qadağan olunmuş romanlarla maraqlandığını çox yaxşı bilirdim. Odur ki, bir az da yaxınlaşıb bu gizli tapıntı haqqında daha ətraflı öyrəndim.
Əsrarəngiz tapıntı Bulqakovun bənzəri olmayan möhtəşəm əsəri "Master və Marqarita" romanı idi.O pafoslu cümlələr qurur, romanın tayı-bərabəri olmayan dəyərlərə sahib olduğundan danışırdı.Əlbəttə diqqətimi artıqlamasıyla çəkdiyini yəqin ki, özünüz də anlamısınız. Sadəcə romanın SSRİ-də qadağan olunduğunu öyrənmək belə səhəri gün qaçaraq kitabxanaya getməyimə səbəb olmuşdu.
Əfsuslar olsun ki, o zamanlar "Lənətlənmiş Roman" hələ Azərbaycan dilinə tərcümə olunmamış, Rus-dilində olanı isə başqa adam tərəfindən
