26.02.2016

Hamını Özünə Aşiq Etməyin 10 Qızıl Qaydası

1. Baxımlı ol.

Özünə məxsus geyim tərzi, xüsusi aksesuarları ilə yadda qalan qadın və kişilər çox zaman hər kəs tərəfindən sevilir və arzu olunurlar. Özünə qayğı ilə yanaşan insan özünü sevən və hörmət edən insandır.Bu səbəbdən hər zaman digərlərindən bir addım öndə hesab olunur.Belə ki, ən həvəssiz, halsız günlərinizdə də özünüzə qayğı ilə yanaşmalı geyinib-bəzənməkdən yan keçməməlisiniz.Əyər hər zaman diqqət mərkəzində olmaq arzunuz varsa qırmızı rəngdən çox istifadə etməyiniz məsləhətdir.


2. İddialı ol.

Həyatda hədəflərinə əldə etmək üçün iddialı olmağı bacarmalısan.Əyər sənin özünə güvənin yoxdursa heç kim sənə güvənməz və çatmaq istədiyin mükəmməlik sadəcə bir xəyal olaraq qalar.Ən çətin günlərdə belə təmkinli və inamlı addımlarla yeriyən insanlar hədəflədiklərindən daha artığını əldə edirlər.Onların mükəmməl işi və möhtəşəm sevgi əhvalatları olur.Bunu nəzərə alaraq özünə olan inamını əsla itirmə.



3. Pozitiv ol.

Həyatda bir çox insan neqativ auraya sahibdir.Onlar hər şey haqqında deyinir, ən kiçik problem haqqında saatlarla danışmağı sevirlər.Belə adamlara diqqət etsəniz necə də yalnız və qayğıdan kənar olduqlarını anlayarsınınız.Nə olursa olsun əsla pozitivlikdən uzaq düşməyin, problemlər hər yerdədir.Lakin müsbət insanları görəndə digərləri onlarla ünsiyyətdən heç vaxt yan keçmir.Pozitivlik diqqət çəkməyin ən təsirli üsullarından biridir.

4. Əlçatan olma.

İnsanlar asanlıqla əldə olunan birini əsla arzulamazlar.İstər dost, istərsə sevgili olsun onlar hər zaman yüksəkdə olanların arxasınca gedərlər.Əlbəttə ilk əvvəl özünüzı aşiq etmək istədiyiniz insana yaxınlaşıb sonra yavaş-yavaş geri çəkilmək lazımdır.Bu halda o sizi axtarmağa, özü sizə tərəf qaçmağa başlayacaqdır.Belə münasibətlərdə üstün tərəf hər zaman siz olacaqsınız.




5. Təbii ol.

Təbii insan həyatın hər bir pilləsinə öz uğurunu daşıyan insandır.O özünəməxsusluğu ilə digərlərindən fərqlənir.Heç kimi təkrar etmir, öz üslubuna sadiq qalaraq ətrafındakı hər kəsi özünə aşiq etməyi bacarır.Təbii insan komplekslərdən azad və şən insandır.Onun üçün birinin qəlbini fəth etməklə min insanın qəlbini fəth etmək arasında heç bir fərq yoxdur.Asanlıqla hər işin öhtəsindən gələ biləcək gücə və istedada sahibdir.Təbii olan insan özünəməxsusluğu lə seçilir və onların fərqli olduqlarını gün keçdikcə ətrafdakı hər kəs anlayaraq, heyran qalmağa başlayır.O getdiyi hər yerdə sevilir və oradan yaddaqalan xatirələrlə qayıdır.

6. Natiq ol.

Düzgün və gözəl bir nitqə sahib olan insan hər zaman digərlərindən fərqlənir.Bu isə ətrafdakı bir çox adamın ona yaxınlaşmasına hətta aşiq olmasın gətirib çıxarır.Ətrafınıza diqqətlə baxın.Öz danışığı, maraqlı zarafafları və bitməz tükənməz əhvalatları ilə insanları özünə çəkən bir neçə adam görəcəksiniz.Sən də onlardan biri ol.Natiqlik sənəti haqqında araşdırma apararaq, insanları maraq içində qoyacaq qədər dərin və axıcı bir nitqə sahib ol.

7. Sirli ol.

Yaddaşa iz buraxmağın ən maraqlı yollarından biri sirli olmaqdır.Nə olur olsun insanlar sizi təkrar-təkrar kəşf etdikcə daha mükəmməl bir şey tapmalıdırlar.Heç vaxt onlara hər şeyiniz haqqında  bütünlüklə danışmayın.Bu zaman haqqınızda "Onsuz da bilirik də..." kimi söhbətlərin gəzməsinə səbəb olacaqsınız.Sizə isə bunun tam əksi lazımdı.Məsələn: "Onun nə edəcəyini heç kim təxmin edə bilməz".
Sirli insan olmağın bir digər yolu da sirli görünüşə sahib olmaq və beləcə insanların diqqətini öz üzərinə çəkməkdir.Bunun üçün valehedici ətir və aksesuarlardan istifadə etməkdən çəkinməyin.

8. Başıbəlalı olma.

Başıbəlalı insanlar harada dava-dalaş, söz-söhbət var özünü orada tapırlar.Adətən belələrini görən hamı arxasına baxmaqdan qaçmaq istəyir.Xüsusən də deyingən və davaya meyilli birini heç kim ətrafında görmək istəməz.O səbəbdən bacardıqca mülayim və nəzakətli insan olmağınız sizi hər zaman hörmətdə saxlayan amillərdən biri olacaqdır.Nəzakət çox zaman ən qıfıllı qapıların belə açarı ola bilir.

9. Etik ol.

Bir insanı ələ keçirmək üçün etik davranışlar göstərməyiniz bir çox yerlə ən önəmli faktorlar sırasına daxildir.Belə ki, maşından enərkən xanım üçün qapını açmaq, yaxud yaşlı bir qadına çantasını daşımaqda yardım etmək hər zaman hörmətli insan kimi yaddaşlarda qalmağınıza və özünüzü aşiq etmək istədiyiniz insanların diqqət mərkəzində olmağınıza səbəb olacaqdır.Etika bir nəzakət və zadəganlıq məktəbidir.Bacardıqca çox əməl edin.

10. Sürprizlərlə dolu ol.

Sürprizləri hər kəs sevər.Tez-tez sürpriz və gözlənilməz hərəkətlərlə ətrafındakıları heyrətə salan insanlar karnoval və festivalların bir nömrəli fenomeni olmaqla yanaşı onlarla adamın sevgisini də qazanmağı bacarır.Belə insanlar sadəcə bir gün deyil, hər gün özləri haqqında maraqlı söhbətlərin dolaşmasına səbəb olur və diqqət mərkəzində olmaqdan zövq alırlar.Cəsarətli olun.

2 yorum:

  1. Çox maraqlı idi Düzgün nüanslara toxunmusan yene Seni izlemek dinleme öyrenmek çox xoşdu

    YanıtlaSil
  2. Təşəkkür edirəm,Ceyhun :) Burada bir az araşdırma, bir az təcrübə danışır.

    YanıtlaSil

Rəy bildirdiyiniz üçün təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...